Facebook

2004-cü ilin fevral ayında Harvard Universitetinin tələbəsi Mark Zukerberq Facebook sosial şəbəkəsini yaratmaq fikrinə düşdü. Yeni sayt Harvard Universiteti tələbələrinin görüş yeri kimi hazırlanmışdı. Bununla yanaşı, aktiv iştirakçıların sayı 66 milyonu aşmışdı və illik satışlar təxminən 150 milyon dollar olurdu.

Yeni Facebook şəbəkəsinin durmadan sürətli inkişafı və onun məşhurluğu Markı universiteti tərk etməyə sövq etdi. Bu gənc layihəyə ilk olaraq Piter Til investisiya qoydu, daha sonra ödəmə sistemi olan "PayPal"la əməkdaşlıq etməyə başladı. Bütün bunlara o, 500 min dollar vəsait qoydu. Bununla durmadan irəliləmə də əldə edildi. 2010-cu ilin oktyabrında Microsoft şirkəti "Facebook"un 1,6% səhmini 240 milyon dollara aldı. Bu qiymətə həm də 2011-ci ilə kimi Facebookda edilən reklam xidmətləri də daxildir.