BarcampCaspian_86.jpg
27-29 mart tarixində Bakıda İnternet İnformasiya Texnologiyaları və Müasir Media sahələrinə həsr olunmuş BarCamp Caspian 2009 Beynəlxalq qeyri-Konfransı keçirilmişdir.
Qafqaz Universitetində baş tutmuş bu tədbirə Azərbaycan mütəxəssisləri ilə yanaşı 20-yə yaxın ölkələrin (Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Belorusiya, Orta Asiya, Baltikyanı dövlətlər, Almaniya, İtaliya,İsveçrə, Hindistan və s.) nümayəndələri iştirak etdi.
 
Qeyd edək ki, tədbirin Platin sponsoru Zaqafqaziya regionunun aparıcı telekommunikasiya operatoru olan “Delta Telekom”-dur. Bununla yanaşı, kompüter avadanlıqlarının dünya üzrə aparıcı istehsalçısı olan HP və Norveçin Opera Software şirkətləri də tədbirin sponsorları arasındadır.
 
Qeyd edək ki, “Opera Softaware”-nin məhsulu olan Opera dünyada ən məşhur İnternet səyyahlarından (brauzerlərindən) biridir. Tədbirə qoşulmağı planlaşdıran 200-dən çox olan və əsasən gənclərin üstünlük təşkil etdiyi bu konfransın iştirakçıları arasında Google, Yandex axtarış sistemlərinin, Sevenload Almaniyanın video paylaşım saytının, Wordpress, Creative Commons kimi nəhəng layihələrin nüməyəndələrinə rast gəlmək olar. Buna baxmayaraq BarCamp Caspian 2009 yalnız mütəxəssilər üçün deyildir – burada yeni başlayanlar və konfrans mövzuları ilə dərindən maraqlananlar da iştirak edə bilərlər.
 
Konfransda iştirak etmək üçün www.barcampcaspian.org saytında qeydiyyatından keçmək kifayətdir.