Delta Telecom 2000-ci ildən telekommunikasiya və informasiya texnologiyaları bazarında müvəffəqiyyətlə fəaliyyət göstərən Qafqaz regionunda yeganə aparıcı operatordur.
Müasir Delta Telecom korporativ sifarişçilər, dövlət strukturları, banklar, özəl müəssisələr, 78% Qafqaz İSP-ləri və Azərbaycanda olan bütün İSP-lər üçün kompleks şəkildə həllərin tətbiqi, həmçinin istənilən xidmətin keyfiyyətinin artırılması məqsədilə gün ərzində 24 saat fəaliyyət göstərən quraşdırıcı və servis-qəza xidmətləri təşkil edir.
Müəssisəmizin əsas istiqaməti miqyasından asılı olmayaraq müəssisə və təşkilatlar üçün istənilən kompleksli telekommunikasiya layihələrin işlənilib hazırlanması və həyata keçirilməsidir.
Müəssisə Azərbaycan ərazisində layihələr üzrə işlərin aparılması üçün lazım olan dövlət lisenziyaları və sertifikatlarına yiyələnmişdir.
Müəssisəmizin əsas iş prinsipləri:
Bizim müştərilərimiz Azərbaycan Beynəlxalq Bankı, Capital Bank, Respublika Bank, Vergilər Nazirliyi, “Azercot” şirkəti, Respublika Seysmik Mərkəzi, Dövlət Gömrük Komitəsi, XTMD, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd xidməti , Yol polisi, Fövqəladə Hallar Nazirliyi, Respublikanın bütün rayonlarının İcra orqanları və sairə təşkilat və müəssisələrdir.
Hazırda Delta Telecom magistral şəbəkədə məlumatların aktual ötürülmə sürəti Azərbaycan İnterneti seqmentinin real tələbatlarını dəfələrlə ötür.
Bunu qeyd etməliyik ki, ötürülən trafikdə 24 saat ərzində 10 saniyədən artıq dayanma imkansızdır. Delta Telecom regionlarda və dağlıq ərazilərdə yerləşən yüzlərlə kəndləri telefoniya, peyk və internet xidmətləri ilə təmin edir. Bu isə öz növbəsində dağlıq və ucqar ərazilərdə olmağa baxmayaraq, istənilən məlumatın əldə edilməsi deməkdir.
Bununla da Azərbaycanda ilk dəfə simsiz, genişzolaqlı, limitsiz internetdən istifadənin əsasını qoyulmuşdur.
2004-cü ildən bu günədək Delta Telecom internet xidməti qiymətlərində 361 dəfə endirimlər etmişdir. İstənilən səviyyədə alternativ əldəetmə bacarığımız, daha çox satış ilə minimal mənfəət əldəetmə siyasətimiz nəticəsində müəssisəmizin birinciliyi qorunub saxlanılır.