Delta Telecom ölkəmizin telekommunikasiya sferasında ən strateji layihələrdən biri, transit beynəlxalq tutumların daşınması üçün zəruri olan iri tutum
lu optik magistral layihəsini ölkə başçısına təqdim etdi. Layihədə şəbəkənin şimal hissəsinin dayanıqlı və etibarlı işini təmin edən alternativ rabitə xəttlərinin, Naxçıvan MR-ın rabitə şəbəkəsinin Gürcüstan və Türkiyə ərazisindən tranzit keçməklə, İRAN ərazisindən alternativ rabitənin bilavasitə Delta Telecom tərəfindən tikilib istifadəyə verilməsi nümayiş olundu. Dövlətlərarası tranzit kanalların verilməsini həyata keçirdiyimiz DWDM supermagistralda rezervlənmə işləri sona çatdırılmışdır. Yenicə tikilən DATA Mərkəzi yerli kontent sahiblərinin istifadəsinə verilmişdir, hal-hazırda 25 faizə milli web resursları artıq Data Mərkəzində yerləşdirilmişdir. Mobil Genişzolaqlı İnternet xidmətlərindən istifadəyə imkan verən WiMAX texnologiyası əsasında qurulan yeni şəbəkə haqqında Delta Telekom müəssisəsinin direktoru Ramazan Vəliyev ölkə prezidentinə məlumat vermişdir. Ramazan Vəliyev Bakı-Gürcüstan, Bakı-Rusiya arasında DWDM supermagistralının tam rezervləşdirilməsi, Bakı-Rusiya arasında şəbəkənin rezervləmək üçün 2000m dəniz səviyyəsindən yüksəklikdə 120km uzunluğunda Şamaxı-Quba fiber-optik kabel infrastruturunun yaradılması barədə ölkə prezidentinə ətraflı məlumat verdi.
Prezidentin xüsusi diqqətini cəlb edən layilərə o, “Bu şirkət xüsusi strateji layihələrilə fərqlənir.” sözləriylə Delta Telecom əməkdaşlarına mənəvi dəstəyini nümayiş etdirdi.
Sərgidə xarici dövlət nümayəndələri, beynəlxalq qurumlar və təşkilatların təmsilçiləri iştirak etdilər.