Delta_Tier_3.png

Delta Telecom beynəlxalq səviyyədə TIER III mükafatlarına layiq görüldü!

Azərbaycanın aparıcı telekommunikasiya operatoru olan Delta Telecom LTD, "Uptime Institute" tərəfindən TIER III Design və TIER III Facility sertifikatları ilə mükafatlandırılıb. Bu nailiyyət, şirkətin regionda ən yüksək səviyyədə etibarlı və dayanıqlı data mərkəz infrastrukturu qurmaq istiqamətində uzunmüddətli strategiyasının mühüm mərhələsidir.
Data Center of Delta Telecom Baku — Azərbaycanın və Cənubi Qafqaz regionunun ən iri data mərkəzlərindən biridir və tam müasir texnoloji tələblərə uyğun olaraq layihələndirilərək inşa edilib. Data mərkəz enerji, soyutma, təhlükəsizlik və şəbəkə infrastrukturu baxımından tam redundant dizayna malikdir və kritik xidmətlərin fasiləsiz işləməsini təmin edir.
Bu sertifikat Delta Telecom-un data mərkəzlərinin beynəlxalq səviyyədə tanınan etibarlılıq göstəricisinə malik olduğunu təsdiqləyir və müştərilərə təqdim edilən bulud, hosting və korporativ və digər bütün xidmətlərin 99.982 % fasiləsiz işləməsini təmin edir.
2000-ci ildən fəaliyyət göstərən Delta Telecom LTD, Azərbaycanın və regionun əsas internet backbone və data mərkəz operatorudur. Şirkət yüksək keyfiyyətli optik infrastruktur, data mərkəz və bütün xidmətləri sahəsində liderliyini qoruyur, yeni nəsil texnologiyaların tətbiqi ilə ölkənin rəqəmsal transformasiyasına töhfə verir.

Tier_3_small.png