VSAT

Delta Telecom VSAT şəbəkəsi peyk üzərindən rabitə şəbəkələrinin yaradılması, yüksəksürətli internetə qoşulma, səsin və VLAN-ların ötürülməsi xidmətlərini göstərir. Peyk Rabitə  Xidməti  Rabitə peykinin  əhatə dairəsində  Yerüstü Peyk Stansiyaları  vasitəsilə  iki  və  daha çox məntəqələr arasında məlumatların  ötürülməsi  və qəbul edilməsini  həyata keçirir.

 Delta-Telecom Azərbaycanın milli Peyk Operatoruna məxsus  Azerspace peykinin əhatə dairəsində Peyk Rabitə  Xidmətini  həyata keçirir.Hal hazırda  Ku  diapazonuna aid   tam transponder isifadə edilir.Delta-telekomda yerləşən Mərkəzi Yerüstü  Peyk Stansiyası  9.3m diametrlik antenə malikdir. Bir sıra  dövlət və özəl təşkilatlara  yüksək sürətli internet data və  telefoniya  xidmətləri verilir. Peyk rabitə xidməti  Hughes şirkətinə  məxsus  yeni nəsil   Şəbəkə İdarəetmə Mərkəzindən  və Kiçik ölçülü  Yerüstü  Stansiyalar üçün  modemlərdən istifadə edir.

·     İP üzərindən səsin ötürülməsi. VoIP səsin ötürülməsi xidmətlərinə 404 prefiksli nömrələrin və istənilən korporativ nömrələrin verilməsi daxildi.

·     Data. Data xidmətinə daxili IP-lərin verilməsi vəya  VLAN-ların  daşınması vasitəsilə qurulmuş VSAT məntəqəsi ilə mərkəz və ya digər məntəqələr arasında əlaqənin təmin olunması aiddir.

·     İnternet xidmətinə VSAT məntəqəsində mövcud şəbəkənin internetə qoşulması aiddir. Bu xidmət daxilində müştərilərə Delta Telecoma ayrılmış real IP-lər verilir.

Hər 3 xidmət növündə məlumatlar qurulmuş VSAT məntəqələrindən peyk vasitəsi ilə mərkəzə, yəni Delta Telekoma ötürülür, burdan istənilən yerə çatdırılması təmin olunur. Müştərilər mövcud şəbəkədən istifadə edərək özləri virtual şəbəkə bağlantısı yarada bilər.