SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Cebit 2006 İKT sərgisi

"CeBIT-2006" Telekommunikasiya və İnformasiya Texnologiyaları Üzrə Beynəlxalq Sərgi.

Dünyanın ən mühüm hadisələrindən biri hesab edilən "CeBİT-2006" Telekommunikasiya və İnformasiya Texnologiyalarına həsr edilmiş beynəlxalq sərgisi bu il 9-15 mart tarixində Almaniyanın Hannover şəhərində keçiriləcəkdir. Burada İKT sahəsində işlənib - hazırlanmış qabaqcıl və unikal texnologiyalar nümayiş etdiriləcək və onların inkişaf tendensiyaları nəzərdən keçiriləcəkdir. 70 ölkəni təmsil edən 6500 nümayəndə həyətinin iştirak edəcəyi bu sərgidə informasiya texnologiyaları, məlumatın toplanmasının avtomatlaşdırılması və emal edilməsi, proqram təminatı, İnternet, istehsal və layihələşdirmə məqsədilə işlənib-hazırlanmış müasir həll vasitələri, telekommunikasiya sistemi, bank texnologiyaları və təhlükəsizlik sistemi, ofislərin avtomatlaşdırılması, elmi tədqiqatlar və ötürülmə texnologiyaları, konsaltinq kimi istiqamətlərdə təklif edilən qabaqcıl və yüksək texnologiyalar və texniki avadanlıqlar nümayiş etdiriləcəkdir.
"CeBİT-2006" beynəlxalq sərgidə dünya bazarında aparıcı mövqe tutan müəssisələrin nümayəndələri iştirak edəcəklər. Bu sərgidə 6 bölmə sərgi iştirakçılarının diqqətinə təqdim ediləcəkdir. Bu bölmələr aşağıdakılardan ibarətdir:
1). Biznes-proseslər;
2). Kommunikasiya;
3). Rəqəmsal avadanlıqlar və sistem;
4). Bank texnologiyaları və maliyyə xidmətləri;
5). Public Sector Parc- hökumət təşkilatları və müəssisələr üçün təklif edilən yeni həll vasitələri ;
6). Future Parc - yeni nəsil texnologiyaları.
Sərgidə iştirak edənlər burada təqdim edilmiş yeni texnologiyalarla yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Bu sərgidə Delta Telekom MMM-in texniki direktoru Rahid Ələkbərli də istirak edəcəkdir. Bizim kompaniyanın fəaliyyəti ilə maraqlanan iştirakçılar Hall 16-də yerləşən D10- saylı Stendə yaxınlaşa bilərlər.

"CeBİT-2006" Telekommunikasiya və İnformasiya Texnologiyalarına həsr edilmiş beynəlxalq sərgisi haqqında daha ətraflı məlumat aşağıdakı web səhifədə verilmişdir:

http://www.cebit.de

2006-02-28 ||www.delta-telecom.net