SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

CeBIT-2006 haqqında ətraflı

Rabitə və İnformasiya Texnologiyalarına həsr edilmiş "CeBIT 2006"- beynəlxalq yüksək texnolgiya sərgisi başa çatmaq üzrədir. Burada kompüter və informasiya texnologiyaları, innovasiyalar, Kompüter qrafikası, rəqəmsal texnologiyalar, kompüter şəbəkəsi və şəbəkələr texnologiyası, bank texnilogiyaları təqdim edilir. Ümumiyyətlə, bu beynəlxalq yarmarkada bütün istiqamətlərdə aparıçı mövqe tutan istehsal müəssisələrinin təklif etdiyi yeni və bütün istehsal sahələrini əhatə edən məhsullar nümayiş etdirilir:
* Avtomatlaşdırılmış rabitə və idarəetmə sistemi avadanlıqları
* Peyk, kosmik və radiorabitə sistemi avadanlıqları
* Televiziya və radio yayım vasitələri
* Optoelektronika
* EHM-lər
* Orqtexnika və informasiya sistemləri
* Poçt rabitəsi üçün texniki vasitələr
* Məişət radioelektron aparaturaları
* Müxtəlif təyinatlı işlək və tətbiqi proqramlar
Bu sərgidə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nazir müavini İ. Məmmədov və onun başçılıq etdiyi nümayəndə heyəti, Delta Telekom Şirkətinin texniki direktoru Rahid Ələkbərli iştirak edir. Burada Delta Telekom-un iştirakı böyük marağa səbəb olmuşdur. Bizim peşəkar mütəxəssislərimizin hazırladığı və tamaşıçıların nəzərinə təqdim edilən stend öz əhatə dairəsinə və orijinallığına görə digər şirkətlərin stendlərindən fərqlənmişdir. Bu stendlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nazir müavini İ. Məmmədov da çox maraqlanmışdır. Stendimiz xaricdə yerləşən Azərbaycan diplomatiyası nümayəndələrinin, o cümlədən Azərbaycanın Almaniyadakı səfirinin diqqətini xüsusilə cəlb edilmişdir. Delta Telekom MMM-in bu şərgidə özəl şirkət kimi iştirak etməsinə baxmayaraq, dünyanın ən nəhəng bəynəlxalq sərgisində ölkəmizi İKT sahəsində layiqincə təmsil edir. Nazir müavini İ. Məmmədov şirkətimizin nailiyyətləri, fəaliyyət sahəsi, xüsulilə sirkətimizin bilavasitə iştirak etdiyi və uğurla başa çatdırdığı layihələr haqqında digər şirkətlərin nümayəndələrinə dolğun məlumat verdi, şirkətimizin mühəndisləri tərəfindən işlənib hazırlanan layihələrin Azərbaycanın Telekommunikasiya sektorunun inkişafına təkan verməsini qeyd etdi və Delta Telekom-un İKT sahəsində daha böyük potensiala malik olmasını vurğuladı. Şirkətimiz və onun fəaliyyət sahələri haqqında hərtərəfli məlumatın verilməsi şərgidə iştirak edən, dünya iqtisadi bazarında özünəməxsus yer tutan minlərlə şirkət nümayəndələrinin, yeni proqram təminatı hazırlayan firmaların böyük ilgisinə səbəb oldu. Nəticədə şirkətimiz yeni tərəfdaşlar qazandı.
Sərgidə 10 Mart 2006 tarixində "Azərbayacan günü" adlı tədbir keçirilmişdir. Bu tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti, strateji və coğrafi mövqeyi haqqında tamaşaçılara məlumat verilmişdir.
Getdikcə Delta Telekom nəhəng şirkətlərin etibarlı və sabit partnyoruna çevrilir. Delta Telekom elektron hökumət qlobal sitemi çərçivəsində sistemlərin yaradılması üzrə layihələrin reallaşdırılması, habelə xırda və orta biznes, eləcə də korporativ müştərilər üçün İT məhsullarının hazırlanması sahəsində zəngin təcrübəyə malikdir. Belə bir beynəlxalq sərginin keçirilməsi isə əldə edilmiş təcrübənin yayılmasına və Respublikamızda İKT-nin inkişafına şərait yaradır. Delta Telekomun belə bir beynəlxalq və irimiqyaslı sərgidə iştirakı ölkəmizin İKT sahəsində imicinin möhkəmləndirilməsi baxımından çox önəmli addım olacaqdır.



2006-03-12 ||www.delta-telecom.net