SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

CeBİT 2006 başa çatmışdır

Deutsche Messe AG -nın təşkilatçılığı ilə Almaniyanın Hannover şəhərində keçirilmiş beynəlxalq "CeBİT 2006" sərgisi 15 Mart 2006-cı il tarixdə başa çatmışdır. Burada dünyanın müxtəlif ölkələrindən olan şirkətlərin nümayəndələri ictimai-sosial həyatın bütün sahələrini əhatə edən yeni həll vasitələrini və əldə edilmiş son nailiyyətləri nümayiş etdirmişlər. Qeyd edək ki, bu sərgi 1986 - cı ildən başlayaraq hər il keçirilir. Sərgidə iştirakçılara 4 yeni bölmə təklif edilmişdir: Banking & Finance, Card Technology, Future Parc, Public Sector Parc.
Banking & Finance bölməsində banklar üçün mexanizmlər və texniki avadanlıqlar, eləcə də maliyyə və kredit təşkilatları üçün kompleks həll vasitələri, Card Technology kateqoriyasında geniş spektrdə maqnit, plastik smart kartlar sitemi, hesablayıcı qurğular, RFİD, RFS sistemi və kart istehsalı üçün avadanlıqlar, Future Parc kateqoriyasında əldə edilmiş və işlənib hazırlanmış elmi tədqiqatlar və layihələr, Public Sector Parc bölməsində isə elektron sistemlər vasitəsilə idarə edilən hökümət və kommunal sahələri üçün təklif edilmiş həll vasitələri sərgi iştirakçılarına təqdim edilmişdir. Bundan başqa IT ticarət sferasını təmsil edən nümayəndələr üçün Planet Reseller mərkəzi də təşkil edilmişdir.

2006-03-14 ||www.delta-telecom.net