SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Caspian Telecoms 2006

Aprelin 11-dən 13-ə kimi Türkiyənin İstanbul şəhərində "Caspian Telecoms 2006" 5-ci biznes konfrans və telekommunikasiya sərgisi keçiriləcəkdir. Bu konfrans Türkiyənin Nəqliyyat və Kommunikasiya Nazirliyi, Türk Telekom, Telekommunikasiya təşkilatları və Türkiyə rəhbərliyi tərəfindən təşkil edilmişdir.
Nəzərinizə çatdıraq ki, bu konfrans öz əhatə dairəsinə görə çox önəmli yerlərdən birini tutur. Konfransda aşağıdakı mövzuları əhatə edən bir sıra məsələlər müzakirə ediləcəkdir:

Qara dəniz, Xəzər dənizi regionlarının və Türkiyənin telekommunikasiya bazarının özəlləşdirilməsi və liberalaşdırılması;
Xəzər dənizi bölgəsinə aid ölkələrdə və Əfqanıstanda yeni infrastrukturunun yenidən qurulması və yaradılması;
Avropa və Asiya arasında əsas tranzit qovşağının bir hissəsi olan Xəzər dənizi regionunda tranzit imkanları və onun həyata keçirilməsi;
Telekommunikasiya sənayesində nəzarət, standartlaşdırılma və lisenziya məsələləri;
Xəzər dənizi regionunda, Rusiya və Türkiyədə e-government layihələri;
Xəzəryanı və MDB ölkələrində peyk, genişzolaqlı, simsiz və mobil rabitə mövzusuna həsr edilən konfranslar, seminarlar, ölkə və sənaye rəhbərlərinin "Dəyirmi Masa" arxasında görüşləri.

Konfransın həyata keçirilməsində telekommunikasiya sahəsində aparıcı mövqe tutan Rostelcom * Intelsat * Rohde & Schwarz * Hughes Network Systems * Karel Elektronic * Kaztranscom * New Skies Satellite * Crill Telecom Softward * Airties Wireless Networks * iBasis * Calik Enerji * Eutelsat kimi iri şirkətlər sponsorluq edirlər.
Burada dünyanın 50-dən çox ölkəsini təmsil edən beynəlxalq və milli assosiyasiyaların nümayəndələri, 25-dən çox ölkənin dövlət rəhbərləri iştirak edəcəklər. Türk Telekom,Türkiyənin Nəqliyyat və Kommunikasiya Nazirliyinin və Telekommunikasiya təşkilatlarının dəstəyi və iştirakı ilə təşkil edilmiş sərgidə isə telekommunikasiyanın müxtəlif sahələrini əks etdirən stendlər (GSM, satellite, Fiber Optics, VoİP, Software), o cümlədən Türkiyənin, Rusiyanın, Çinin, Qazaxıstanın, İranın, Rumıniyanın, Yunanıstanın, Azərbaycanın, Özbəkistanın, Tacikistanın, Ukraynanın, Gürcüstanın, Bolqarıstanın, Əfqanıstanın, Moldovanın və Qırğızıstanın yüksək səviyyəli şirkətlərinin fəaliyyətini və məhsullarını əks etdirən milli stendlər göstəriləcək.
Qeyd edək ki, bu konfransda olkəmizi beynəlxalq səviyyədə təmsil edən, Xəzər dənizi regionunda böyük nüfuza malik Delta Telecom Ltd müəssəsinin texniki direktoru Rahid Ələkbərli və Aztelekomun baş direktoru Məmməd Məmmədov iştirak edir.
Eyni zamanda sərgidə aşağıdakı kateqoriyalar və bölmələr sərgi iştirakçılarının nəzərinə təqdim ediləcəkdir:
Mobil Rabitə
Peyk rabitəsi
Telekommunikasiya və İT proqram təminatı
Rəqəmsal Kommutasiya sistemləri
Genişzolaqlı şəbəkələr
Şlüz və antennalar
Mikrodalğalı sistemlər
LAN/MAN/WAN
Simsiz texnologiyalar/ WAP
İnternet texnologiyaları
Kabellər və yardımçı qurğular


Ətraflı məlumatı aşağıdakı web səhifədən ala bilərsiniz:

 www.caspiantelecoms.com

2006-04-10 ||www.delta-telecom.net