SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Müqavilə

Azərbaycanın Delta Telekom və Amerikanın Hughes Network Systems şirkətləri arasında 2.400.000,00 ABŞ dolları dəyərində yeni Müqavilə imzalanmışdır.


Azərbaycanın Delta Telekom müəssisəsi 2005-ci ilin əvvəlindən Zaqafqaziyada yeganə “DirecWay” Mərkəzi Peyk Rabitə Stansiyasını işə salmışdır. Hal-hazırda bu stansiya üzərindən müxtəlif dövlət və özəl təşkilatların korporativ peyk rabitə şəbəkələri işləyir. Şəbəkənin genişləndirilməsi, regionlarda göstərilən rabitə xidmətlərinin sayının artırılması, həmçinin geniş zolaqlı Internet/Intranet, VOIP və IPTV xidmətlərinin göstərilməsi üçün Mərkəzi stansiyada yeni proqram tətbiqi və tutumun artırılması işləri uğurla başa çatmışdır. Hughes Network Systems şirkəti tərəfindən aparılan testlər Zaqafqaziyanın istənilən nöqtəsində 128, 256 ,512 Kbps tutumlu uplink kanalı üçün 90 sm, 1,6 Mbps uplink kanalı üçün 1,2 m antennaların işlədilməsinin məqsədəuyğun olduğunu göstərmişdir. Eyni zamanda kanalın ümumi tutumu 36 MHz-ə (48 Mbps) kimi artırılmış və internet Backbone-a qoşulması işləri başa çatdırılmışdır.

Görülmüş işlər nəticəsində nəinki Azərbaycanda, Eurobird 2 peykinin əhatə dairəsində yerləşən istənilən istifadəçinin Bakı şəhərindəki internet backbona bağlanmaq imkanı var.
Müvafiq İnternet/İntranet xidmətlərindən istifadə üçün DW 6000, DW 7000, DW 7700 abonent avadanlıqlarının quraşdırılması məqsədi ilə Delta Telekom müəssisəsinə müraciət etmək kifayətdir. Avadanlıqlarla tanış olmaq üçün delta-telecom.net/DWwww.hns.comsaytlarına müraciət edə bilərsiniz.
Hər bir müştəriyə ayrılmış internet/intranet kanalın sürəti “PEP” və “FEP” proqramları vasitəsi ilə 100% təmin edilir.
HNS və Delta Telekom arasında bağlanmış bu müqavilə istifadəçilərin DW 6000, DW 7000, DW 7700 abonent avadanlıqları ilə güzəştli şərtlərlə təmin edilməsinə imkan verir. Beləliklə, Delta Telekom imkanlarına görə anoloji texnologiyadan istifadə edən Avropa və Asiya operatorları arasında “HNS Europa”dan sonra ilk yerlərdən birini tutur.

2006-04-10 ||www.delta-telecom.net