SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Azərbaycanda yeni AzeriTube istifadəçi videokontenti milli xidməti istifadəyə verilib

Azərbaycanın ilk provayderi olan Delta Telecom http://azeritube.az istifadəçi videokontenti yeni milli xidməti test rejimində istifadəyə vermişdir. Texniki rəis Rahid Ələkbərlinin sözlərinə görə, AzeriTube xidməti iri həcmli multimediya kontenti və qrafik fayllara baxmaq və onlarla mübadilə etmək imkanları verir. İstifadəçilər sərbəst halda videoyazılar, filmlər, foto, klip, qeyri-peşəkar video əlavə etmək, baxmaq və öz bloqlarını apara bilərlər.
Kompaniya xidmətin AzNet şəbəkəsinin auditoriyası tərəfindən aktiv istifadə olunacağını və milli AzeriTube-un buraxılması Azərbaycanı istifadəçi videokontenti dünya bazarının fəal iştirakçısı olacağını gözləyir.

Bu günlük pоrtаldа mümkün olan kontentin həcmi o qədər də böyük deyil və hələlik xidmət test rejimində fəaliyyət göstərir. Tərtibatçı bildirir ki, proyektdə kontentin yerləşdirilməsi zamanı əsas diqqət müəllif hüquqlarının nəzarətinə yönəldiləcək. «AzeriTube istifadəçinin paylaşdığı contentə görə heç bir məsuliyyət daşımır və mövcud şərtlərə müvafiq olaraq bütün məsuliyyətlər istifadəçinin öz üzərinə düşür.
Buna baxmayaraq, bu resursda kim tərəfindən və hansı tipdə kontentin yerləşdirilməsi sualı, əlbəttə ki, ölkənin qanunvericiliyi tərəfindən tənzimlənəcək, bu da "Delta Telecom Ltd" müəssisənin maraqları daxilindədir. Faktiki olaraq, bütün content mümkün olmazdan öncə nəzərdən keçiriləcək ", - R.Ələkbərli bildirib.
Həmçinin, Azərbaycan televiziya və radio kanalları AzeriTube vasitəsilə translasiya ediləcəkdir. Bu gün artıq online şəkildə (rejimdə) Lider və İTV telekanallarının verlişlərinə baxmaq olar. R. Ələkbərlinin sözlərinə görə, telekanalların sayı, regional televiziyalar daxil olmaqla, artacaq.

2010-06-14 ||hitechnews.az