SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Genişzolaqlı Peyk Rabitəsinin yeni imkanları

Azərbaycanın İKT sahəsində önəmli yer tutan "Delta Telekom" müəssisəsinin direktoru Ramazan Vəliyev 11. 05. 2006 tarixində Rusiyanın Moskva şəhərində keçiriləcək "Genişzolaqlı Peyk Rabitəsinin yeni imkanları" adlı seminarda iştirak etmək üçün rəsmi dəvət almışdır. Bu seminar ABŞ-ın Hughes Network Systems şirkətinin birbaşa iştirakı və dəstəyi ilə həyata keçiriləcəkdir. Burada NughesNet genişzolaqlı peyk və AiReach genişzolaqlı simsiz yerüstü çatdırılma sisteminin yeni imkanları istifadəcilərin nəzərinə çatdırılacaqdır. Bundan əlavə, yüksək texnologiyaların istehsalı ilə məşğul olan müəssisə rəhbərlərinə, texniki və abonent xidməti göstərən şirkətlərin nümayəndələrinə, bizneslə maraqlanan işgüzar şəxslərə Hughes Network Systems şirkəti tərəfindən təqdim edilən ən qabaqcıl və effektiv telekommunikasiya həll vasitələri nümayiş etdiriləcəkdir.Seminarın proqramına COMSYS analitik kompaniyasının eksperti Saymon Bullun və HughesNet sisteminin Rusiya, Ukrayna, Azərbaycan üzrə operatorlarının çıxışları, o cümlədən Hughes Network Systems şirkətinin nümayəndələri ilə gürüşlər daxil edilmişdir.Əminik ki, Respublikamızı hər yerdə yüksək səviyyədə təmsil edən "Delta Telekom" müəssisəsi bu tədbirdə də müvəffəqiyyətlə çıxış edəcəkdir.


Bu seminarda Ramazan Veliyevin çıxışı üçün hazırlanmış "Delta Telekom"-un prezentasiyasına baxa bilərsiniz. Delta_Telecom

2006-05-03 ||www.delta-telecom.net