SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Konnfrans

Elmi - Tədqiqat və Təhsil Şəbəkələrinin inkişafına həsr edilmiş konfrans.

Dünən Bakı şəhərində NATO-nun təşkilatçılığı ilə " Research Education Network Association - Elmi -Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası" adlı seminar və konfrans keçirilmişdir. Bu seminarda Elektron Təhsil (e-Learning) sahəsində həyata keçirilən islahatlar, Elektron təhsilin verdiyi imkanlar və perspektivlər, ölkəmizdə İKT-nin inkişafı və onun Elektron Təhsilin inkişafında rolu kimi mühüm məsələlər üzrə mühazirələr dinlənilmişdir. Konfransda Azərbaycanın, Qırğızıstanın, Tacikistanın, Gürcüstanın, Niderlandiyanın, Böyük Britaniyanın elm və təhsil mərkəzlərinin nümayəndələri, alimlər iştirak etmişlər. Konfrans çərçivəsində Gürcüstanın Elmi -Tədqiqat və Təhsil Şəbəkələrinin Assosiasiyasının direktoru Ramaz Kvatadze, Tacikistan Respublikasının Elmlər Akademiyasının akademiki, professor Paçacanov Daler, "Cənubi Qafqazda Elektron Cəmiyyətin İnkişafı" təşkilatının Azərbaycan üzrə nümayəndəsi Svetlana Həsənova, Almaniyanın Helm holtz Assosiasiyasının üzvü "Deutsches Elektronen - Synchrotron şirkətinin mütəxəssisi Hans Friz, Qırğızıstanın iri İnternet Servis provayderi olan "AKNET"-in nümayəndəsi Elena Anisimova, Groningen Universitetinin" İnformasiya və Kommunikasiya Texnologiyası" şöbəsinin texniki direktoru Robert Counz və s. qonaqlar Delta Telecom şirkətində olmuş və bu sirkətin iş prinsipi, gördüyü işlər ilə tanış olmuşlar. Delta Telekom-un həyata keçirdiyi layihələr, xeyriyyəçilik proqramları, İKT-nin inkişafı istiqamətində atdığı addımlar və uğurlar qonaqların böyük marağına səbəb olmuşdur. "Delta Telekom" şirkətinin direktoru Ramazan Vəliyev rəsmi nümayəndə heyətini yüksək səviyyədə qarşılamış və onları bu şirkətlə tanış etmiş, şirkətin beynəlxalq əlaqələri haqqında məlumat vermişdir. Şirkətin texniki direktoru Rahid Ələkbərli qonaqları Delta Telekom şirkəti və onun fəaliyyəti ilə yaxından tanış etmiş və şirkətin əməkdaşları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən layihələrdən danışmışdır. Qonaqlar şirkətdə quraşdırılmış DirecWay NOC - Şəbəkəni İdarə etmə Mərkəzi ilə tanış olmuşlar. Qeyd edək ki, bu şəbəkə qonaqları yaxından ilgiləndirmişdir. Tədbirin sonunda qonaqlar xatirə şəkili çəkdirmişlər.

2006-06-26 ||www.delta-telecom.net