SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Bakutel 2006

XII-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - "Bakutel 2006"

3-6 Oktyabr, 2006 tarixdə Bakı şəhərində Britaniyanın İTE Group Plc şirkəti və onun Zaqafqaziyadakı eksklüziv partnyoru olan İTECA Caspian müəssisəsinin təşkilatçılığı ilə telekommunikasiya və İnformasiya texnologiyalarına həsr edilmiş "Bakutel 2006" - XII-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi fəaliyyətə başlayacaqdır.
Bu sərgi hər il iştirakçılar tərəfindən böyük ilgi və maraqla qarşılanır. "Bakutel 2006" sərgisi Respublikanın Telekommunikasiya sənayesində mühüm rol oynayır və bu sahədə qabaqcıl İnformasiya Texnologiyalarının Azərbaycanda geniş yayılmasına və tətbiq olunmasına şərait yaradır. Qeyd edək ki, sərgi ilk dəfə 1995-ci ildə təşkil edilmişdir.
Bu il təşkil ediləcək sərgidə dünyanın 20-dən çox ölkəsini təmsil edən 120 şirkətin nümayəndələri, rəsmi şəxslər, eləcə də Amerika Birləşmiş Ştatlarının telekommunikasiya və informasiya texnologiyaları üzrə dünya bazarında aparıcı mövqe tutan 15 şirkəti istirak edəcəkdir. Bu şirkətlərin maraqları ABŞ Ticarət Palatası tərəfindən təşkil olunmuş kollektiv ABŞ stendi vasitəsilə təmsil ediləcək. Sərginin həyata keçirilməsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikası Sənaye və Ticarət Palatası, Azərbaycanda İnvestisiyaların Təşviqi və Məsləhət Fondu rəsmi dəstək göstərmişdir. Sərgi aşağıdakı bölmələrdə fəaliyyət göstərəcəkdir:
1).Telekommunikasiya və şəbəkələr
2). İnformasiya və Ofis Texnologiyaları
3). Kabel və Simsiz Rabitə
4). Peyk Rabitəsi və texnologiyası
5). Teleradioyayım avadanlığı və texnologiyaları
6) Bank texnologiyaları və xidmətləri
7). Təhlükəsizlik sistemləri
8). Proqram təminatı və avtomatlaşdırma sistemləri
9).E-biznes və E- hökümət.
Bi il Respublikamızda keçiriləcək sərgidə İnformasiya Kommunikasiya texnologiyaları üzrə dünya liderləri - MICROSOFT, HP, SIEMENS, ALCATEL, CISCO SYSTEMS, HUAWEI, ORACLE, EUTELSAT, GİLAT, XSAT və digər nəhəng şirkətlər təmsil olunacaqdır. Qeyd edək ki, bi ilki sərginin baş sponsoru CATEL şirkətidir. CATEL şirkəti ilə yanaşı sərgiyə Siemens, ORACLE, SATLYNX, FOREX-Az, AzStarNet kimi şirkətlər də sərgiyə sponsorluq edirlər. Sərginin həyata keçirilməsində İnformasiya dəstəyi "C News", İT Magazine, Softline və s. kimi İnformasiya vasitələrinə məxsusdur.
"Bakutel 2006" sərgisi çərçivəsində ənənəvi olaraq keçiriləcək konfrans bu il "Xüsusi İqtisadi Zonalar - Azərbaycan iqtisadiyyatının davamlı inkişafında yeni istiqamət" mövzusuna həsr ediləcəkdir. Bu konfrans 2 Oktyabr, 2006-ci il tarixdə İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafı üzrə "Global Alyans"ın regional nazirlərinin iştirakı ilə Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcəkdir. Nəzərinizə çatdırmaq istərdik ki, bu Alyans keçən il Tunusdə keçırilmiş "İnformasiya Cəmiyyəti sammitində" yaradılmışdır. Alyansın İlk toplantısı Kuala Lumpur şəhərində keçirilmişdir. Bu toplantıda Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov da iştirak etmişdir.
Bu il "Bakutel 2006" sərgisində Azərbaycanın İKT sahəsində önəmli yer tutan Milli Peyk Rabitə Operatoru "Delta Telekom" Müəssisəsi də iştirak edəcək. Bu müəssisə Telekommunikasiya sahəsində ən yeni, qabaqcıl texnologiyaların Respublikamızda tətbiq edilməsini təmin edir və Respublikamızda İKT-nin inkişaf etdirilməsində böyük rol oynayır. "Delta Telekom" müəssisəsi tərəfindən quraşdırılıb işə salınan şəbəkələr üzərindən abonent və müştərilərə yüksək keyfiyyətli xidmət göstərilir. Qeyd edək ki, sərgidə "Delta Telekom"un əldə etdiyi naliyyətlər, göstərdiyi xidmətlər haqqında iştirakçılara ətraflı məlumat veriləcəkdir. Sərgidə ikitərəfli işgüzar danışıqların keçirilməsi nəzərdə tutulur.


2006-10-02 ||www.delta-telecom.net