SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Delta Telecom müəssisəsinin təşkilı ilə "Etibarlı rabitə şəbəkələri və təhlükəsizlik məsələləri " adlı konfrans keçirildi

14 iyun 2007 tarixində Bakı şəhərində Delta Telecom müəssisəsinin təşkilı ilə "Etibarlı rabitə şəbəkələri və təhlükəsizlik məsələləri " adlı konfrans keçirildi.Bir sıra dövlət təşkilatları və biznes sektorundan nümayəndələrin dəvət olunduğu konfransda dünyanın qabaqcıl şirkətlərindən olan Motorola, CISCO SYSTEMS, Eltek iştirak edirdi. Konfransı dövlət şəbəkələri və yeni telekommunikasiya texnologiyaları haqqında məruzə ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müavini İ. Məmmədov açdı. İ. Məmmədov dövlət şəbəkələri, müasir telekommunikasiya texnologiyaları haqqında qısa məlumat verdi. Həmçinin yeni texnologiyaların tətbiqinin dövlət şəbəkələrinin işini daha da asanlaşdırdığını, istifadəçilərə sadə, çoxfunksiyalı interfeyslər verdiyini qeyd etdi və dövlət şəbəkələrinin qurulmasında professional texnologiyalara arxalanmağı, məxfiçilik, etibarlılıq, dözümlülük baxımından mütəxəssislərin ehtiyyatlı olmalarını qeyd etdi.

Konfransda Motorola şirkəti tərəfindən Egon Prinz ,Fuerst Martin “ Dimetra IP (TETRA) Sistemləri ” , Cisco Systems tərəfindən Mikhail Kader “ Cisco Security Solutions ”, Eltek şirkəti tərəfindən Janis Emolins ” Etibarlı qida sistemləri ” adlı prezentasiyalarla ilə çıxış etdilər.

Motorola sirkəti çıxışı zamanı oz yeni imkanları, şırkətin gələcək planları haqqında geniş məruzə etdi və “Dimetra IP (TETRA) systems” prezentasiyası göstərildi. Presentasiyada TETRA, Dimetra-IP , SCADA sistemləri,TETRA sisteminin şəbəkə təhlükəsizliyi, Wireless Data xidməti, telefon ələqəsi, müasir radiolar uçün imkanları, TETRA sisteminin həll vasitələri ,tətbiq sahələri, infrastrukru və abonentlər üçün aksesuarları haqqında geniş məlumat verildi, adi radio otürücü ilə Trunked Radio ötürücü arasında fərq və Trunked Radio ötürücünün üstünlükləri göstərildi, həmçinin MTP850, MTH800,MTC100 TETRA PDA aparatları,onların keyfiyyəti və etibarlılığı nümayiş etdirildi. Motorola TETRA sisitemi ilə bağlı 320-dən çox olkədə 68 müqavilə bağlamışdır. Dimetra IP sistemi haqqında Dimetra IP sisteminin genişləndirilmiş infrastrukturu, təhlükəsizlik paket,idarəetmə vasitəsi göstərildi. Motorola SCADA sistemi üçün təklif etdiyi MOSCAD haqqında məlumat verdi. Həmçinin MTM800 TETRA radiolarında istifadə olunan MOSCAD L haqqında danışıldı.

Konfransda Eltek tərəfindən Janis Emolins şirkət haqqında və şirkətin əldə etdiyi nəaliyyətləri haqqında geniş məlumat verdi.Bu il Eltek şirkətinin Valery Power şirkəti ilə müqavilə bağlaması çıxışda qeyd edildi. Cıxış zamanı ”Reliable Power Solutions” prezentasiyası göstərildi. Prezentasiyada Eltek öz istehsal etdiyi avadanlıqlar haqqında geniş məruzə etdi. Prezentasiyada həmçinin PowerPack 48V/11000W, Minipack 48/800W, Flatpack2 48V /2000W avadanlıqları göstərildi,onların istifadəsi, üstünlükləri, fərqli cəhətləri danışıldı və ayrı ayrılıqda hər birinin geniş şəkildə xassələri göstərildi. Eltek tərəfindən nümayiş olunan gücləndirici avadanlıqların ofis daxilində kompaktlığı və müasir tələblərə cavab verməyi haqqında geniş şəkildə məlumat dinləyici diqqətinə çatdırıldı.

CISCO SYSTEMS şirkəti çıxış zamanı yeni təhlükəsizlik texnologiyaları haqqında geniş məlumat verdi və “Cisco Security Solutions” systems” prezentasiyası təqdim edildi. Prezentasiyada Şəbəkə təhlükəsizliyinin qurulması konsepsiyası,şəbəkə təhlükəsizliyinin ümumi prinsipləri, təhlükəsizlik məhsulları və texnologiyaları, identifikasiya texnologiyaları, kanal təhlükəsizliyinin idarəsi, infrastrukturun təhlükəsizliyi, inftastrukturun təhlükəsizliyi üçün texnologiyalar haqqında geniş məlumat verildi, həmçinin Cisco ASA5500, Cisco ASA5510, Cisco ASA5520, Cisco ASA5540, Cisco ASA5550 modellərinin müqayisəli analizi aparıldı. Prezentasiyada təşkilatlar və verilənləri idareetmə mərkəzləri üçün təhlükəsizlik sistemləri müzakirə olundu.

2007-06-19 ||www.delta-telecom.net