SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

«Delta Telekom» şirkətinin direktoru Ramazan Vəliyevlə müsahibə

«Delta Telekom» şirkətinin direktoru Ramazan Vəliyevlə «Trend Capital»ın müsahibəsi.

- Hazırda Azərbaycan provayderlərinə qlobal İnternet şəbəkəsinə çıxış imkanı verən yeganə şirkət kimi, ölkəmizdə internetin vəziyyətini necə qiymətləndirisiniz?


- Bəziləri bizim Global internet şəbəkəsinə çıxış imkanı verən yeganə rabitə operatoru olmağımızı düzgün anlamır və başqa formada qiymətləndirirlər. Azərbaycan qlobal internet “backbone” ların yerləşdiyi Avropa və Amerikadan uzaqda yerləşir və qoşulma digər qonşu dövlətlər üzərindən tranzit olaraq keçir. Əgər biz 2 Mbit/san tutumlu bir kanalla Avropada yerləşən “backbone”a qoşulmaq istəsək , bunun üçün «Rostelecom»un tranzit haqqı üçün ən aşağı aylıq qiymət təxminən 10 000 dollar olacaq . Gürcüstan və İran operatorları üzərindən də eyni tutumlu tranzit kanal üçün təqribən eyni ödəniş tələb edilir. Lakin tələb olunan tranzit kanalın tutumu artdıqca, bu qiymətlər aşağı düşür.

Digər tərəfdən, internet «backbone»nun Bakıda yaradılması və bunun bir neçə operator üzərindən müxtəlif istiqamətlərdən Avropa və Amerika “backbone” larına bağlanması bu operatorlar arasındakı rəqabətdən faydalanmağa və internet istifadəçilərinə keyfiyyətli xidmətlərin verilməsinə şərait yaratmış oldu. Sadəcə, belə deyə bilərik : İnternet provayderin 2 Mbit/san tutumlu rezervlənməmiş bir kanalla Avropadakı “backbone” a qoşulması aylıq 10 000 dollar, Bakıda yardılmış “backbone” dan keyfiyyətli və rezervli eyni tutumlu kanal olması isə, 1000 dollar a başa gəlir. Bu yerli İSP lərin və digər istifadəçilərin nəyə görə Bakıda yaratmış olduğumuz «backbone»a qoşulmağa üstünlük verdiklərini tam aydınlşdırır. Hazırda Azərbaycan internet “backbone”u 6 Gbit/san tutuma malik tranzit kanallarla Avropa və Amerikaya bağlanib. Tutumun 10 faizi istifadə edilir ki, bunun da istifadəçilərinin 90 faizi Bakıda yerləşir.

İnternetin regionlarda eyni keyfiyyətlə yayıla bilməsi üçün müəssisəmiz 70 rayonu əhatə edən 10 Gbit/san tutumlu IP/MPLS şəbəkənin qurulması işlərini yaxın aylar ərzində başa çatdıracaq .Yəni Azərbaycanın istənilən yerində Bakıdakı “backbone”-a böyük tutumlu kanallarla qoşulmaq imkanı yaradılır.


- Azərbaycanda İnternet xidmətləri üzrə tariflərin digər ölkələrlə müqayisədə yüksək olmasının səbəbi, fikrinizcə, nədir?


- Əgər Azərbaycandakı internet tariflərini Avropadakı ilə müqayisə etsək, bu, yüksəkdir. Çünki yuxarıda qeyd etdiyimiz kimi, Avropadan fərqli olaraq, biz digər dövlətlərin operatorlarına tranzit xərclərini ödəyirik. Bu isə, Azərbaycandakı internet tariflərinin 85-90 fazini təşkil edir.


- İnternet tariflərinin endirilməsi ilə bağlı son zamanlar səslənən fikirlərə münasibətiniz necədir? Sizcə, endirim hansı şərtlər əsasında baş verə bilər ?


--Azərbaycanda internet «backbone» təşkil olunduqdan sonra ISP-in və digər iri istifadəçilərin Global şəbəkəyə qoşulma üçün xərcləri 70 dəfə aşağı salınıb ( 2002-ci ildə 1 Mbit/san 36000 dollar ; indi1 Mbit/san 500 dollar). İstifadəçilər üçün tariflərin aşağı salınması məsələsi artıq ölkənin rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən qaldırılıb və yaxın vaxtlarda öz həllini tapacaq.

Bildirmək istəyirəm ki, “Backbone”- a qoşulma xərclərini yenə də azaltmaq imkanları var:

- Azərbaycan İnternet işlədiciləri, əsasən, xaricdə yerləşən saytlara müraciət edirlər . Bu trafik hazırda işlədilən tutumun 90 faizini təşkil edir.Azərbaycan saytlarının respublika daxilində yerləşdirilməsi bu trafiki 50 faizədək aşağı sala bilər.Bunun üşün tərəfimizdən hər növ şərait yaradılıb.

- Azərbaycan özü qonşu dövlətlər üçün tranzit ölkəyə çevrilməlidir. Bu zaman digər dövlətlərdən əldə olunan tranzit tarifləri hesabına yerli internet tarifləri də aşağı düşə bilər.


- Azərbaycanda internet keyfiyyəti və qiymətlərinin endirilməsi üçün əlavə «backbone»ların yaradılnası fikrini necə qiymətləndirirsiniz?


--Azərbaycan kiçik dövlətdir. İnternetin keyfiyyətinin yaxşılaşdırılması və qiymətlərin aşağı salınması üçün əlavə «backbone»ların yaradılması həll yolu deyil. Bunun üçün ən vacib şərt istifadəçilərin sayının artırılmasıdır. Hazırda Azərbaycanın ümumi tutumu 6 Gbit/san-ə çatır. Faktiki bütün işlədicilər tərəfindən istifadə olunan tutum 0,7 Gbit/san-dir ki, bu da ümumi tutumun 11 fazidir. İstifadəçilərin sayını artırmaq, istifadəsiz tutumların istifadəyə verilməsi qiymətləri 50 faiz aşağı salmağa imkan verə bilər.


- 2008- ci ildə müəssisənizin alternativ internet kanalı yaratmaq kimi planları varmı?


- Bizim müəssisənin brinci dərəcəli vəzifəsi, ölkənin əlverişli coğrafi vaəziyyətindən istifadə edərək, Azərbaycanla digər ölkələr arasında tranzit rabitə xidməti göstərməkdir.


- İri telekommunikasiya şirkətinin rəhbəri kimi, Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin inkişafını necə qiymətləndirisiniz?


- Azərbaycan prezidenti İlham Əliyev informasiya- kommunikasiya texnologiyalarının inkişafını dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri elan edib. Müəssisəmiz, digər rabitə operatorları kimi, bu siyasətin həyata keçirilməsi üçün başladığı layihələri uğurla başa vuraraq, artıq yeni layihələr hazırlayır. 2002-ci ildə müəssisəmiz tərəfindən Zaqafqaziyada ilk mərkəzi peyk rabitə sisteminin (Direcway) işə salınması respublikamızın istənilən ucqar nöqtəsi ilə keyfiyyətli rabitə xidmətləri yaratmağa imkan verdi. Faktiki olaraq, tərəfimizdən 2003-cü ildən Azərbaycanda internet “backbone” yaradılıb kı, bunun da yaradılması internetdə dönüş nöqtəsi olub.



2008-02-12 ||www.delta-telecom.net