SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

"Delta Telekom"la "Rostelecom" arasında mühüm bir protokol imzalanmışdır

"Delta Telekom" MMM və Rusiyanin milli rabitə operatoru olan "Rostelecom" arasında mühüm bir protokol imzalanmışdır. Bakı şəhərində imzalanmış bu sənədə görə respublikamız üçün daha perspektivli bir layihənin başlanğıcı qoyulmuşdur. Hələ qədimdən İpək yollarının kəsişməsində yerləşən Azərbaycan bu layihə sayəsində Virtual İpək yolları üçün də tranzit ölkəyə çevrilə biləcəkdir.

Bu protokol təkcə Delta Telekom müəssisəsi üçün yox həmçinin ölkəmiz üçün də qonşu dövlətlər ilə əməkdaşliq sahəsində atılmış növbəti uğurlu razılaşmalardan biri oldu.

Qonşu ölkərələr arasaında rabitə qovşağı rolunu oynayan milli şəbəkəmiz şimal istiqamətində Rusiyanın iki mühüm operatoru ilə bağlantı qurmuşdur. Bu bağlantılar, Avropa ölkələri ilə informasiya mübadiləsi aparıldığından əsas və mühüm keçidlərdən sayılır. Belə yüksək prioritetli çıxışların alternativ kanallarla rezervləşdirilməsi vacib məsələlərdəndir. Imzalanmış sənədə əsasən Rusiyanın Rostelekom Milli Operatoru ilə olan keçidin 10Qiqabit/saniyə sürətə qədər artırılması və yeni DWDM texnologiyaları əsasında keçidin gələcəkdə on Qiqabitlərə qədər genişləndirilməsi imkanı yaradılmışdır. Həmçinin keçidlərin sayının tezliklə ikiyə qaldırılması razılaşdırılmışdır.

Onu da qeyd etmək lazımdır ki, "Rostelecom" Rusiyanın milli rabitə operatorlarından olub, regionun ən böyük operatorlarından sayılır. Avropadan başlayan şəbəkənin Asiya dövlətlərinə qədər əhatə dairəsi olan Rostelekom keyfiyyət və şəbəkə dayanıqlığına görə özünəməxsus yerlərdən birini tutur.

Delta Telekom və Rostelekom müəssisələri arasında kommersiya münasibətləri 2004-cü ildən aktivləşmiş və bu gün də öz inkişaf dinamikasını saxlamaqdadır.

http://www.rt.ru/

2008-07-02 ||www.delta-telecom.net