SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Mobil WiMAX Rev-e

Azərbaycanda ilk mobil WiMAX Rev-e şəbəkəsinin ticari tətbiqi üçün Delta Telecom tərəfindən Alcatel-Lucent seçildi

Layihənin daha geniş inkişafı üçün İMS platforması WiMAX-la birgə tətbiq olunur.

Paris, 15 Sentyabr 2008-ci il – Alcatel-Lucent (Euronext Paris and NYSE: ALU) Qafqazda ən sürətlə inkişaf edən Servis Provider – Delta Telekom ilə müqavilə bağlandığını bəyan etdi. Müqavilə əsasında Azərbaycanda ilk ticari məqsədlə WiMAX 802.16e-2005 (Rev-e) şəbəkəsi qurulacaq.

Bu şəbəkə Delta Telekom istifadəçilərinə Yuksək Sürətli Internet, həmçinin digər DATA xidmətləri və İP telefoniya (VoİP) xidmətlərindən istifadə imkanları yaradacaq.

Bu layihə sayəsində yerüstü və genişzolaqlı rabitə vasitələrinin mümkünsüz, texniki və ya iqtisadi baxımdan sərfəli olmayan yerlərdə stasionar, hərəkətsiz və ya mobil rabitənin yaradılması Delta Telekom üçün ən ümdə həll vasitəsi oldu.
Delta Telekom müəssisəsi 2008-ci ilin sonuna bu şəbəkə vəsitəsi ilə komersiya xidmətlərinə başlamağı planlaşdırır.
Alcatel-Lucent mobil WiMAX-ın tətbiqi və Delta Telekom MMM-in milli magistral infrastrukturunun və xidmətlərinin müasirləşdirilməsi üçün tam dəstəyini verəcəkdir.
Bu vəhdət bir həll vasitəsi olub, baza stansiyaları, WiMAX kontrolleri, terminallar, İMS platformu və vasitələri həmçinin digər proqram təminatı və platformaları əhatə edir.
Alcatel-Lucent həmçinin şəbəkənin başdan-başa layihələndirilməsi, planlaşdırması, şəbəkənin inteqrasiyası və şəbəkə xidmətlərinin təşkilini öhdəliyinə götürmüşdür.

Bu layihənin tətbiqində Alcatel-Lucent-in yaxınlarda həyata keçirdiyi WiMAX üçün “End-to-End IP Wireless-Broadband” həll vasitəsindən istifadə edilir.


IMS (IP Multimedia Subsystem) platformasının WiMAX inteqrasiyası vasitəsilə Delta Telekom bu gün yalnız professional səs rabitə xidmətlərini deyil, həmçinin gələcəkdə professional multimedia xidmətlərini də təqdim edəcək.

“Biz biznes və son istifadəçilərimizə sərfəli şərtlərlə və asan istifadəli genişzolaqlı simsiz rabitə xidmətləri təqdim etmək istəyirik” sözləri ilə Delta Telekom MMM-nin direktoru Ramazan Vəliyev öz fikrini bildirdi. “Alcatel-Lucent genişzolaqlı İP şəbəkəsi və WiMAX texnologiyası hətta sürətlə inkişaf edən bazarda belə özünün kombinə edilmiş həll vasitələrilə bizim istifadəçilər keyfiyyətli və özünü təsdiqləmiş xidmətlərdən faydalanacaqlar.”

Bu xüsusi layihə Alcatel-Lucent–in Azərbaycanda ciddi mövcüdluğunu sübut edir və kompaniya professional rabitə xidmətlərinin son istifadəçilərə istifadəyə verilməsi və rəqəmsal istiqamətə yönəldilməsi sosial və iqtisadi inkişafına təkan verir.

Alcatel-Lucent-in MDB ölkələri, Cənubi və Mərkəzi avropa üzrə prezidenti Johan Vanderplaetse, Delta Telekom MMM-in WiMAX və IMS sistemlərinin Azərbaycanda genişləndirilməsində Alcatel-Lucent-in tam dəstəklədiyini söylədi.“Alcatel-Lucent İMS və WiMAX həllərində etibarlı təminatçi kimi sinaqdan keçmişdir və biz genişzolaqlı yayim biznesin inkişafı üçün öz texnologiyalarımızı Delta Telekom MMM-nə təqdim edərək rəqəmsal dünyaya daha da yaxınlaşdırmağa çalışırıq.”

Alcatel-Lucent dünyada 30 ticari müqavilə və 70-dən çox sınaq testləri ilə WiMAX bazarında danılmaz liderdir. Bu şirkət həmçinin şəbəkə planlaşdırılması, dizaynı, şəbəkə optimallaşdırılması, konsultinq və layihələndirilməsində böyük liderdir.


Delta Telekom

Delta Telekom Qafqaz regionunun aparıcı telekommunikasiya operatorudur. Regionun ən iri İnternet Backbone şəbəkəsi Delta Telekoma məxsusdur. Müasir texnologiyalara əsaslanan Backbone şəbəkəsi platforması vasitəsi ilə Azərbaycanın bütün və Gürcüstanın 78%dən artıq İnternet provayderləri professional İP Backbone xidmətləri ilə təmin olunur. Şirkətin DWDM şəbəkəsi infrastrukturu bütün regional mərkəzləri və beynəlxalq çıxışları əhatə edir. Qonşu ölkələr ilə qarşılıqlı rabitə xəttlərinin tutumu onlarla giqabit saniyəyə çatdırılıb.
Mobil rabitə operatorları, İnternet provayderlər, banklar və çox saylı kommersiya təşkilatlarına göstərilən yerli Backhauling xidmətlərinin 87%dən çoxu DWDM SDH infrastrukturu üzərindən təmin olunur. Delta Telekom-un Carrier Ethernet və Metro Ethernet şəbəkəsi infrastrukturu korporativ şəbəkələri, verilənlərin ötürülməsi və professional İP MPLS xidmətlərini özündə cəmləşdirir. Delta Telekom-un əsas şüarı - yeni müasir texnologiyaları izləməkdir. Şirkət müasir texnologiyalar tətbiqində aparıcı mövqeni saxlamaqda davam edir və regionda birinci PreWiMAX-ın 802.16d layinəsinin həyata keçirilməsi həmçinin Delta Telekom-un fəaliyyətinin nəticəsidir. Yaxın gələcəkdə regionda ilk dəfə olaraq mobil WiMAX-ı və IMS texnologiyalarının tətbiqi də Delta Telekom-un nailiyyətlərindən biri olacaq. Daha ətraflı www.delta-telecom.net web saytından əldə edə edə bilərsiniz.


Alcatel-Lucent

Alcatel- Lucent (Euronext Paris and NYSE: ALU) provayderləri, müəssisələri və dövlət idarələri, son istifadəçilər üçün səs, Data, Video rabitə xidmətləri üçün həll vasitələri təqdim edir. Mobil və sabit telefon, kombinə edilmiş genişzolaqlı şəbəkə, İP texnologiyaları, ximdətləri sahəsində lider kimi, Alcatel-Lucent-in təqdim etdiyi “başdan-başa” həll vasitəsi insanlara evdə, işdə və ya hərəkətdə olarkən rabitə xidmətlərindən istifadə imkanı yaradır.
130-dan çox ölkə ilə əməkdaşlıqla Alcatel- Lucent qlobal əhatəli lokal tərəfdaşdır.

Daha ətraflı http://www.alcatel-lucent.com web saytından əldə edə edə bilərsiniz.

2008-09-25 ||www.delta-telecom.net