SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Bakutel 2008

14-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi- «Bakutel-2008» öz işinə başlayıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu sərgidə 15-dən çox ölkənin rəsmiləri, eləcə də biznes şirkətlərinin nümayəndələri iştirak edib. Sərgidə Rusiya, Türkiyə, ABŞ, Almaniya, Fransa daxil olmaqla 21 ölkənin 105 şirkəti iştirak edir.

Bu sərgi hər il iştirakçılar tərəfindən böyük maraqla qarşılanır. "Bakutel 2008" sərgisi Respublikanın Telekommunikasiya sənayesində mühüm rol oynayır və bu sahədə qabaqcıl İnformasiya Texnologiyalarının Azərbaycanda geniş yayılmasına və tətbiq olunmasına şərait yaradır. Qeyd edək ki, sərgidə "Delta Telekom"un əldə etdiyi naliyyətlər, göstərdiyi xidmətlər haqqında iştirakçılara ətraflı məlumat verilir. Bu il sərginin açılış mərasimində ölkə prezidenti İlham Əliyev, hökumət rəsmiləri, həmçinin xarici dövlətlərin nümayəndələri, beynəlxalq qurum və təşkilatların təmsilçiləri iştirak ediblər. Dövlət başçısı qonaqlarla birlikdə sərgi pavilyonunda nümayiş olunan stendlərlə yanaşı "Delta Telekom" müəssisəsinin stendi ilə də yaxından tanış olub. Ölkə prezidentinə "Delta Telekom" müəssisəsinin fəaliyyəti, əldə etdiyi nəaliyyətlər barədə ətraflı məlumat verilmişdir.

2008-11-11 ||www.delta-telecom.net