SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Qiymətlər iki dəfə aşağı endirilmişdir.

Delta Telecom həyata keçirdiyi layihələr sayəsində Azərbaycan İnternet istifadəçilərinə növbəti töhfəsini verməyi bacardı. Yeni layihədə genişzolaqlı İnternet istifadəçilərinin sayının artırılması əsas məqsəd seçilmişdir. Bu istiqamətdə Beynəlxalq magistralda yüksəksürətli İnternet tutumlarının həcmi iki dəfə artırılmışdır. İSP-lərin bu tutumları beynəlxalq magistraldan son istifadəçilərə çatdırmasına dəstək üçün qiymətlər 1 Fevral 2009-cu il tarixdən etibarən iki dəfə aşağı endirilmişdir. Beynəlxalq magistralda hər Meqabit/saniyə İnternet tutumunun qiyməti, ƏDV-siz olaraq 275AZN təşkil edir.
İnternetin inkişafı istiqmətində Delta Telecomun layihələri davam etməkdədir. Lokal internet resurslarının inkişaf etdirilməsi məqsədi ilə Delta Telekomun sponsorluğu ilə fəaliyyət göstərən "Lokal Exchange"-ə bağlanma sürəti hər bir İSP üçün 10Mbit/saniyə pulsuz təmin ediləcəkdir. Məqsədimiz son istifadəçilər arasında informasiya mübadiləsinin pulsuz çatdırılmasıdır. Internet resurslarının, İnternet xidmətlərin inkişafı, Son istifadəçilərin İnternetə çıxış sürətlərinin artırılması bizim əsas məqsədimizdir.

2009-01-31 ||www.delta-telecom.net