SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Xocalı Faciəsi

Əziz, həmvətənlər!
Artıq Xocalı faciəsindən - tarixdə anoloqu olmayan bu soyqırımdan 18 il keçir. Lakin bu soyqırımın amansız səhnələri Xalqımızın qan yaddaşında, tariximizdə yaşayacaq. 1992 - ci il fevralın 25-dən 26-na keçən gecə müasir texnika ilə başdan-ayağa silahlanmış ermənilər Xocalı şəhərini zəbt edərək tarixdə görünməmiş bir soyqırım törətdilər. Bir gecənin içərisində yurdumuzun dilbər guşələrindən biri olan Xocalı şəhəri məhv edildi. Xocalıda törədilmiş bu terrorizm tarixdə baş verən genosid və etnik təmizləmə kimi qanlı hadisələrinin ən dəhşətlisidir. Bu soyqırımda ana-bacılarımız əsir alındı, məscidlərimiz uçuruldu, minlərlə insan didərgin düşdü, usaqlara, qocalara amansız işgəncələr verildi. Törədilmiş qırğında
63 usaq
106 qadın
70 qoca həlak olmuşdur.
8 ailə tamamilə məhv edilmişdir.
25 uşaq hər iki valideynini, 130 usaq isə valideynlərdən birini itirmişdir.
1275 nəfər əsir götürülmüşdür.
487 nəfər yaralanmışdır.
Göründüyü kimi, Xocalı soyqırımı Azərbaycan xalqının və ümumiyyətlə bəşər tarixinin ən ağrılı, faciəli səhnələrindən biridir. O vaxtdan 17 il keçməsinə baxmayaraq Xocalı yarası hələ də ürəklərdə qövr edir. Bu faciə iki yüz ildən artıq müddətdə erməni faşistlərinin Azərbaycan xalqına qarşı yürüdülmüş siyasətin bir hissəsidir. Bu siyasəti həyata keçirməklə ermənilər xalqımızın mübarizə əzmini qırmağa və bizi hərbi təcavüz vasitəsilə zəbt edilmiş tarixi torpaqlarımızın itirilməsi ilə barışmağa məcbur etmək istəyirlər. Lakin bu niyyətlər baş tutmayacaq. Xalqımız çirkin əməllərin həyata keçirilməsinə yol verməyəcək və düşmənlərinə layiqli cavab verəcək! Bu faciə heç vaxt unudulmayacaq və yaddaşlardan silinməyəcək!

Allah xalqımıza səbir və dözüm versin!

2009-02-22 ||www.delta-telecom.net