SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

İTU Telecom World 2009

5-9 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində ümumdünya səviyyəli İTU (İnternational Telecommunications Union) Telecom World 2009 forumu və sərgisi keçirilmişdir.
Bu forum-sərgi artıq 1971-ci ildən başlayaraq 4 ildən bir keçirilir və İKT-nin inkişafında mühim əhəmiyyət kəsb edir.
Tədbirə dünyanın 40 ölkəsindən 700-dən artıq şirkətin qatılmışdır. İTU Telecom World 2009 tədbirləri çərçivəsində keçiriləcək sərgidə iştirakçı şirkətlər öz məhsullarını, telekommunikasiya sənayesi ilə əlaqəli kommunikasiya, mobil, peyk, radio, səsli və görüntülü əlaqə və s. kimi xidmətlərini təqdim edir.
Ölkəmiz də bu tədbirdə rəsmi nümayəndə heyəti ilə təmsil olundu. Bu sərgidə Azərbaycanın sahəsi 120 kv. metr olan stendi yerləşdirilmişdir.Ölkəmizə aid stenddə 20-dən çox nazirlik və digər dövlət ve qeyri dövlət qurumlarının, qabaqcıl İT şirkətlərinin İKT layihələrinin təqdim olunur.İTU Telecom World 2009 tədbirləri çərçivəsində Telecom Forumu, telekommunikasiyasının inkişafı üzrə simpozium, sərgi və gənclər forumu təşkil edildi.
Azərbaycanı təmsil edən telekommunikasiya şirkətləri sırasında Delta Telecom MMM də xüsusi yer tutur. Delta Telecom MMM sərgi sərgidə öz xidmətlərini və həmçinin bugünə qədər iştirak etdiyi və uğurla başa çatdırdığı yeni layihələrini təqdim etdi. Xatırladaq ki bu şirkətimizin bu tip tədbirlərdə ilk iştirakı deyil. Delta Telecom MMM daha öncə də Almaniyanın Hannoven şəhərində keçirilən "CeBIT-2009" Telekommunikasiya və İnformasiya Texnologiyaları Üzrə Beynəlxalq Sərgidə iştirak etmiş, öz hazırladığı stend ilə xüsusi diqqət çəkmiş və ölkəmizi layiqincə təmsil etmişdi.

2009-10-12 ||www.delta-telecom.net