SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Həmrəylik günü

Əziz həmvətənlər!
Hörmətli soydaşlarımız!
Sizi qarşıdan gələn Azərbaycan xalqının ən mühüm bayramlarından biri olan Dünya Azərbaycanlılarının Milli Həmrəyliyi günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirik. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü - Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün Dünya Azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Azərbaycanlıların yaşayıb, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropada bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyada mühüm əhəmiyyət kəsb edir.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir.

"Delta Telekom MMM" sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edir və həyata keçirdiyiniz işlərinizdə sizə müvəffəqiyyətlər arzulayır.Qoy bu il sizə yeni-yeni nailiyyətlər bəxş etsin.

2009-12-30 ||www.delta-telecom.net