SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

20 Yanvar

20 Yanvar Azərbaycan xalqının hüzn günüdür. Xalqımız bu faciədə canını Vətən uğrunda qurban vermiş və həlak olmuş şəhidlərimizlə fəxr etməlidir. Vətən və torpaq şəhidləri ilə ucalır.


1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Sovet Ordu hissələri Bakıya girərək qanlı qırğın törətdi.Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.
Bu il "Qanlı Yanvar" faciəsinin 20-ci ildönümü tamam olur. Həmin gecə günahsız insanlara qarşı zorakılıq törədilib, yüzlərlə dinc əhali öldürülüb və itkin düşüb. 20 Yanvar Azərbaycan xalqının yenilməzliyini, ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə əzmini nümayiş etdirən Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı hər il bu qünü ümumxalq kədəri, hüzn kimi qeyd etmiş, şəhidlərimizin ruhunu sızıntı ilə anmışdır.
Allah şəhidlərimizə rəhmət eləsin!

2010-01-19 ||www.delta-telecom.net