SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Novruz Bayramı

Qarşıdan xalqımızın ən qədim bayramlarından biri olan Novruz gəlir. Xalqımız ulu əcdadlarımızdan bizə miras qalmış Bahar Bayramını hər il böyük sevinclə qeyd edir. Bayramın bizə yadigar qalan və əsrlərin sınağından uğurla çıxan bütün adətlərinə, mərasimlərinə bu gün də ciddi əməl edilir. Bu bayramın gəlişi ilə təbiətdə canlanma yaranır, hər tərəf gözəlləşir, yeniləşir, küsülülər barışır, kasıblara yardım edilir, süfrələri səməni bəzəyir. Bu bayram həm də sülh bayramıdır. Özünəməxsus adət və ənənələrlə bü günə qədər davam edən Novruz xalqımızın ən sevimli bayramlarından biridir.
Əzizlərimiz, bu gözəl bayramda Sizə ailə səadəti, xoşbəxtlik, bərəkət, bol-bol sevinc arzu edirik!. Uca Tantıdan Sizə sevgi diləyirik! Bir daha bayramınız mübarək!

2010-03-17 ||www.delta-telecom.net