SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Google kompüterlərdə səsli axtarış servisini tətbiq edir

Kompüter istifadəçiləri Google axtarış servisində səsli axtarış funksiyasından istifadə edə biləcək.
Google nümayəndələrinin sözlərinə görə, yeni funksiya gələn həftədən işə salınacaq. Əvvəlcə sistemin yalnız ingilis dilində sorğuları qəbul edəcəyi bildirilir. Səsli sorğunu daxil etmək üçün axtarış sətrinin yaxınlığında mikrofon işarəsini işə salmaq lazımdır. Qeyd edək ki, yeni funksiya Chorme 11-dən başlayaraq bütün Chrome brauzerlərində dəstəklənəcək.
Xatırladaq ki, Google hələ 2008-ci ildən mobil qurğularda səsli axtarış servisini istifadəyə verib.
İnternet şirkətin təqdim etdiyi daha bir yeni axtarış funksiyası “Vizual axtarış” " (Search by Image) imkanıdır. Bu halda sorğu rolunu təsvir yerinə yetirəcək. Bu təsviri servisə kompüterdən yükləmək və ya internetdə varsa lazımi keçidi axtarış sətrinə daxil etmək olar. “Vizual axtarış” funksiyasının köməyi ilə bu və ya digər şəkli hansı rəssamın qələminə məxsus olduğunu müəyyən etmək və ya şəkildə təsvir olunan ərazi haqqında məlumat almaq mümkün olacaq.

2011-06-16 ||www.mincom.gov.az