SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Azərbaycanın prosessinq mərkəzi plastik kart sahibləri üçün ATM-lokator axtarış sistemi təqdim edib

Millikart prosessinq mərkəzi plastik kart sahibləri üçün ATM-lokator axtarış sistemi təqdim edib. Bu barədə Millikartın məlumatında deyilir.

Kart sahiblərinin onlara ərazicə yaxın yerləşən bankomatlar haqqında məlumatlandırılma xidməti prosessinq mərkəzinin rəsmi saytında təqdim olunub.

Sistem Millikart sistemində xidmət göstərilən bankların filiallarının və bankomatlarının yerləşmə yerini dəqiq təyin etməyə imkan verir.

Axtarışın yüngülləşdirilməsi üçün proqramda belə funksiyalar mövcuddur: şəhərlər, rayonlar, banklar, həmçinin bankomat və filialların ünvanları üzrə axtarış.

Hazırda ATM-lokator proqramında Millikart sistemində xidmət göstərilən bankların 240 bankomatı və 151 filialı haqqında məlumatlar var.

2010-05-09 ||www.trend.az