SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Azərbaycan Ümumdünya "Expo - 2010" sərgisində təmsil olunacaq

Azərbaycan mayın 1-dən 31-dək Şanxayda " Ən yaxşı şəhər - ən yaxşı həyat" devizi altında keçiriləcək "Expo - 2010" Ümumdünya sərgisində öz milli pavilyonu ilə təmsil olunacaq. Bu barədə Trend-ə çərşənbə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib. Milli pavilyonda Azərbaycanın iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlər nümayiş etdiriləcək.

İlkin məlumatlara görə, sərgi çərçivəsində "Şərq-Qərb" Super İnformasiya Magistralının inşası üzrə transmilli layihənin təqdimatı gözlənilir. Layihə ümumilikdə 20 ölkənin birləşdirilməsini nəzərdə tutur və regionun inkişafı üçün lokomotiv rolunu oynayacaq.

Azərbaycanı hökumət səviyyəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbsov təmsil edəcək. "Expo - 2010" sərgisinin keçiriləcəyi "Ən yaxşı şəhər - ən yaxşı həyat" devizi Çinin ən iri iqtisadi və mədəni mərkəzlərindən biri kimi Şanxayın yeni statusunu təsvir edir. Sərgiyə 192 ölkənin ekspozisiyası təqdim olunacaq. Sərginin keçirilməsinə dörd milyard dollara yaxın vəsait sərf olunacaq. Expo sərgisinin tarixində ilk dəfə olaraq, bütün pavilyonlara və milli ekspozisiyalara online rejimində baxmaq mümkün olacaq. "Expo - 2010" sərgisinə gələnlərin sayının 70 milyon nəfərə çatacağı ehtimal olunur.

2010-05-25 ||www.trend.az