SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

“Delta Telecom” “Alcatel-Lucent” şirkəti ilə DWDM üzrə yeni çərçivə müqaviləsi imzalayıb

“Alcatel-Lucent” Azərbaycanda yeni nəsil telekommunikasiya xidmətlərini göstərən “Delta Telecom” şirkəti ilə “Alcatel-Lucent” şirkətinin “Zero Touch Photonics” və GMPLS texnologiyası əsasında “Delta Telecom” şirkətinin ölkədə optik nəqliyyat şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi üzrə çərçivə sazişi bağlayıb.

Şirkətin baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, şəbəkənin modernləşdirilməsi “Delta Telecom” şirkətinə son istifadəçilərə qabaqcıl xidmətlərin göstərilməsi üçün mövcud şəbəkənin trafik ötürmə qabiliyyətini, genişləndirmə imkanlarını və səmərəliliyini artırmağa imkan verəcək, şəbəkənin etibarlılığının artırılması ilə nəticələnəcək əlavə qovşaqları təmin edəcək.

“Azərbaycanda məlumat axınlarının artacağını nəzərə alaraq biz son istifadəçilərimizin ehtiyaclarının ödənilməsi istiqamətində strateji addım atmaq üçün ölkə miqyasında daşıyıcı magistral infrastrukturu modernləşdirmək qərarına gəlmişik”, – deyə “Delta Telecom” şirkətinin baş direktoru Ramazan Vəliyev qeyd edib.

O bildirib ki, “Alcatel-Lucent” şirkəti tərəfindən təmin olunmuş optik həll şirkətin gələcəkdə qabaqcıl xidmətlərin göstərilməsi üçün zəruri bərpa və genişləndirmə imkanlarını və mükəmməl xidmət keyfiyyətini təmin edəcək.

“Alcatel-Lucent” şirkəti tərəfindən trafikin cəmləşməsi və mobil “back haul” üçün 1678 “Metro Core Connect” (MMC) və uzun məsafələrdə trafikin ötürülməsi üçün 1626 “Light Manager” (LM) sistemləri təchiz olunacaq. Layihənin məqsədi xidmət göstərən şirkətin kapital və əməliyyat məsrəflərinin optimallaşdırılmasından ibarətdir.

“Bu, “Alcatel-Lucent” şirkəti üçün strateji əhəmiyyətə malik olan digər müqavilədir. Bu müqavilə çərçivəsində “Alcatel-Lucent” vahid məhsul çeşidindən özünü doğrultmuş gələcək nəsil optik həllərini təqdim edəcək ki, bu da “Delta Telecom” şirkətinə ölkə miqyasında daşıyıcı magistral infrastrukturu qurmağa və modernləşdirməyə imkan verəcək. Layihənin əhəmiyyəti istifadə edilən texnologiyaya əsaslanır və “Alcatel-Lucent” şirkəti tərəfindən qurulmuş “Zero Touch Photonitcs” texnologiyasından istifadə edən ən iri şəbəkələrdən biri olacaq. “Alcatel-Lucent” şirkəti layihənin ən başlanğıcından gələcəyə hazır platformaları seçib və optika üzrə R&D departamenti ilə əlaqələndirməklə layihələndirmə aparıb”, - deyə “Alcatel-Lucent” şirkətinin Azərbaycan bölməsinin rəhbəri Şevket Kaan Ağaoğlu qeyd edib.

“Alcatel-Lucent” həmçinin “Delta Telecom” şirkətinə quraşdırma, işə salma, layihənin idarə edilməsi və istismar xidmətlərini göstərəcək. “Alcatel-Lucent” şirkətinin təqdim etdiyi həll özündə bir çox üstünlükləri, o cümlədən öz kateqoriyasında ən böyük əhatə dairəsi, qənaətli enerji istifadəsi, şəbəkənin daha səmərəli işləməsi, genişləndirmə imkanları və sürətli təchizatı birləşdirir.

Xatırladaq ki, “Delta Telecom” Qafqaz regionunun aparıcı telekommunikasiya operatoru və ən iri İnternet Backbone şəbəkəsinə malikdir. Müasir texnologiyalara əsaslanan Backbone şəbəkəsi platforması vasitəsilə Azərbaycanın bütün və Gürcüstanın 78%-dən çox İnternet provayderləri professional İP Backbone xidmətləri ilə təmin olunur. Şirkətin DWDM şəbəkə infrastrukturu bütün regional mərkəzləri və beynəlxalq çıxışları əhatə edir. Qonşu ölkələrlə qarşılıqlı rabitə xətlərinin tutumu onlarla giqabit saniyəyə çatdırılıb. Mobil rabitə operatorları, İnternet provayderlər, banklar və çoxsaylı kommersiya təşkilatlarına göstərilən yerli Backhauling xidmətlərinin 87%-dən çoxu DWDM SDH infrastrukturu üzərindən təmin olunur.

“Delta Telecom” şirkətinin “Carrier Ethernet” və “Metro Ethernet” şəbəkəsi infrastrukturu korporativ şəbəkələri, verilənlərin ötürülməsi və professional İP MPLS xidmətlərini özündə cəmləşdirir. Bu şəbəkə infrastrukturu yerli provayderlərə göstərilən İP Backbone xidmətləri üçün İP ötürməsi əsas həll vasitəsidir. Regionlarda və dağlıq ərazilərdə İKT-nin inkişafı üçün “Delta Telecom”un Peyk Backbone xidmətləri çevik həlldir. DVB-RCS texnologiyalarına əsaslanan platforma dağlıq ərazilərdə yerləşən yüzlərlə kəndlərə professional telefoniya xidmətlərini təmin edir. Üç mindən çox VSAT stansiyası yer infrastrukturları üzərindən mümkün olmayan sürətli İnterneti, məlumatların ötürülməsi və regionlarda telefoniya xidmətlərini təmin edir. Şirkət müasir texnologiyaların tətbiqində aparıcı mövqeyini saxlamaqda davam edir və regionda birinci PreWiMAX-ın 802.16d layihəsinin həyata keçirilməsi də “Delta Telecom”un fəaliyyətinin nəticəsidir. Yaxın gələcəkdə regionda ilk dəfə olaraq mobil WiMAX-ı və IMS texnologiyalarının tətbiqi də “Delta Telecom”un nailiyyətlərindən biri olacaq.

“Alcatel-Lucent” şirkəti öz növbəsində (Euronext Paris və NYSE: ALU) son istifadəçilərə, səs, verilənlər və video rabitə xidmətlərini göstərən həlləri təmin edən dünya miqyasında xidmət provayderlərinin, müəssisələrin və hökumətlərin etibarlı tərəf müqabilidir. Ayrılmış, mobil və konvergent geniş zolaqlı şəbəkə, IP texnologiyaları, tətbiqi proqramları və xidmətləri ilə, “Alcatel-Lucent” rabitə sektorunda yeniliklər sahəsində ən iri elmi-tədqiqat mərkəzlərindən biri olan Bell Laboratoriyasının mükəmməl texniki və elmi təcrübəsindən istifadə edir. 130-dan çox ölkədə fəaliyyət göstərən və sektorda qlobal xidmətlər göstərən ən təcrübəli təşkilat olan “Alcatel-Lucent” dünya miqyasında şəbəkəyə malik olan yerli tərəf müqabilidir. “Alcatel-Lucent” 2008-ci ildə 16.98 milyard Avro həcmində gəlir əldə edib və rəhbər əməkdaşları Parisdə çalışmaqla Fransada qeydiyyata alınıb.

2010-02-15 ||apa.az