|   Xəbərlər

SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

9 - noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür. Hər birinizi bayram münasibətilə təbrik edirik!

Arzu edirik ki, tezliklə şanlı bayrağımız Qarabağda, Şuşada və diğər azad olunmuş torpaqlarımızda dalğalansın!
Böyük Vətən Müharibəsinin başlanmasından 40 gün keçir. Bu müddət ərzində Ali Baş Komandan, cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgəri ermənilərin yenilməzlik mifini dağıtdı, işğaldan azad olunması bütün dünyaya xəyal kimi görünən torpaqlarımızı Vətənimizə qovuşdurdu və azadetmə əməliyyatı davam edir.
Cənab Ali Baş komandanın dediyi kimi: “Şuşaya bir nəfəs qədər yaxınıq”.
Oğurluqla erməniliyin ömrü 40 gün çəkər, deyiblər. İnanırıq ki, cəngavər oğullarımız sayəsində Vətən torpağından erməni izinin silinməsi ikinci qırx günə qalmaz, tezliklə ordumuzun qələbə sorağı Şuşadan, Xankəndidən gələr. Bütün Qarabağda şanlı üçrəngli bayrağımız dalğalanar. Bu müqəddəs işdə Tanrı Müzəffər Ali Baş Komandanımıza və əsgərlərimizə kömək olsun.
Müharibənin ilk günündən müəssisəmiz maddi, mənəvi və texniki dəstəyilə Ali Baş Komandanın əmrindədir, əsgərlərimizlə bərabər Şuşaya, Xankəndinə doğru irəliləyir. İnşaallah Azərbaycan əsgərinin bayraq sancdığı hər bir bölgəmizdə, həmin andan etibarən Azərbaycan rabitəsinin olmasını təmin edir və edəcək. Şəbəkəmiz də ərazimiz kim tam, bütöv olacaq.
Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan əsgəri.
Qarabağ Azərbaycandır !
Qələbə bizimlədir.

2020-11-06 ||