|   Xəbərlər

SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

“Delta Telecom” “Türkmentel 2019” 12-ci Beynəlxalq Telekomunikasiya və İT Konfansında

Azərbaycanın ilk və Zaqafkaziya regionun ən böyük internet backbone və beynəlxalq tranzit xidmətləri göstərən telekom operatoru “Delta Telecom” şirkəti 27-28 noyabr tarixlərində Türkmənistanın Aşqabad şəhərində keçirilən “Türkmentel 2019” 12-ci Beynəlxalq Telekomunikasiya və İT Konfansında iştirak etmişdir. “Delta Telecom” şirkəti keçirilən konfransın sponsorlarından biridir.
Konfrans
Konfransda Peyk, Mobil və Fix şəbəkələrin inkişafı, yeni trendlər və bu şəbəkələrin 4G/5G texnologiyalarının reallaşmasında rolu mövzularında müzakirələr aparılmışdır. Şirkəti İnfrastrukturun İnkişafı və Layihələr üzrə Texniki Direktoru Atəş Rzayev təmsil etmişdir.
Konfrans
Çıxışlar zamanı son illərdə internet kontentinə, müxtəlif proqram təminatı, bulud (cloud) xidmətlərinə tələbatın artması fonunda şəbəkələr tərəfindən yüksək sürətli və geniş zolaqlı trafikin otürülmə imkanları araşdırılmışdır. Qeyd olunmuşdur ki, Mobil şəbəkələrin 5G texnologiyasına keçidi zamanı Fix şəbəkələrin geniş zolaqlı trafik ötürülməsi imkanlıqları artırılmalıdır.
Bu kontekstdə “Delta Telecom” şirkəti nümunə olaraq göstərilmişir və bir sıra şirkətlər tərəfidən model olaraq qəbul edilmişir.
Konfrans
Qeyd etmək istərdik ki, “Delta Telecom” 2000-ci ildən telekommunikasiya və informasiya texnologiyaları bazarında müvəffəqiyyətlə fəaliyyət göstərən Qafqaz regionunda yeganə aparıcı operatordur. İlk layihədə 2000-ci ildə Zaqafqaziyada yeganə olan DirecWay(TM) şəbəkəsinin Mərkəzi Peyk Rabitə Stansiyası tikilib istifadəyə verilmişdi. Azərbaycanda telekommunikasiyanın gələcəyi naminə atılan addım Qafqazda ən iri tutumlu və ən yüksək texnologiyalarla təchiz edilmiş İnternet Backbone-nun yaradılması oldu. Bugun “Delta Telecom” tək Azərbaycanda deyil, Sofiyada, Stokholmda, Frankfurtda və Moskvada öz routerleri olmalqla region üzrə ən keyfiyyətli, stabil və “Low Latency” internet xidməti təminatçısıdır.
Eləcədə “Delta Telecom” regionun ən böyük və son texnologiyalarına əsaslanan DWDM şəbəkəsinə malikir. Bu şəbəkə üzərindən tək Azəbaycan deyil, İran, İraq, Tukmənistan, Özbəkistan, Əfqanistan və sair ölkələrə yüksək keyfiyyətli və tutumlu tranzit və internet xidmətləri göstərməkdədir.

2019-12-02 ||