SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Smartfonlar üçün ilk “AMQLED” displey yaradılıb

Hazırda televizorlar bazarında kvant piksel əsaslı ekranların (QLED) istehsal texnologiyası populyarlaşmağa başlayıb. Daha yaxşı rəngvericiliyə və yüksək kontrastlığa malik belə ekranlar enerji səmərəliliyinə görə seçilir. Çinin “BOE Technology Group Co. Ltd” displey istehsalçısı isə 5 düym ölçüdə “AMQLED” displey yaratmaqla smartfonlar dünyasında inqilab edə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Active Matrix Quantum-dot Light Emitting Diode” ifadəsinin qısaldılmış forması olan “AMQLED” texnologiyasının əsasını kvant piksellərdən - elektronları enerjini dəyişməyə və işığı şüalandırmağa məcbur edən zəif elektrik cərəyanının təsir göstərdiyi miniatür yarımkeçirici fraqmentindən istifadə təşkil edir. “AMOLED” texnologiyası ilə müqayisədə “AMQLED” 100 faizədək olmaqla daha geniş rəng qammasını təmin edir. Bundan başqa, “AMQLED” əsaslı ekranların istehsalı ucuz başa gəlir və uzun müddət istismar oluna bilər.

“BOE Technology” smartfonlar üçün “AMQLED” displeylərin kütləvi istehsalına nə vaxt başlayacağı barədə məlumat vermir.

2017-03-27 ||ictnews.az