SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Yeni süni dəri tipi günəş enerjisi ilə işləyir

Qlazqo Universitetinin tədqiqatçıları insan dərisi ilə müqayisədə daha həssas yeni süni dəri tipi yaradıblar. Bir qrafen atom qatından ibarət süni dəri toxunuş ötürücüsü kimi işləyərək tam avtonomdur və əlavə enerji mənbəyinə ehtiyac duymur. Qrafen qatı altında dəri üzərinə düşən işığın 98 faizini hopduran günəş batareyaları yerləşdirilib ki, bu da enerjinin alınması üçün kifayət edir.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, yeni süni dəri növü tam praktik robotların yaradılması imkanları ilə yanaşı, protezlər sahəsinə müsbət təsir göstərə bilər. Doktor Ravinder Dahiya artıq “3D” printerdə çap edilən protez əllər hazırlamağa başlayıb.

Əlavə enerji mənbələrinə ehtiyacın olmaması, eləcə də silisium və qrafenin qiymətinin nisbətən ucuz olması sayəsində belə protezlərin qiyməti 350 dollar təşkil edir ki, bu da qiyməti on min dollardan çox olan akkumulyatorla işləyən standart protezlərdən xeyli ucuzdur.

Doktor hesab edir ki, yeni süni dəri tipi protez və robot texnikasından başqa tətbiq edilmək üçün daha geniş spektrə malikdir. Ən kiçik hərəkətləri aşkarlaya bilən yüksək həssaslığa malik material sayəsində texnologiya idman geyimi üçün yüksək dəqiqlikli ötürücülər, eləcə də avtonom qlükoza cihazları yaratmağa imkan verir.

2017-03-26 ||ictnews.az