SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

“Delta Telecom” şirkəti internet tariflərini iki dəfə aşağı endirib

“Delta Telecom” şirkətindən verilən məlumata görə, cari ilin fevral ayının 1-dən şirkət İSP-lərin tutumlarının beynəlxalq magistraldan son istifadəçilərə çatdırmasına dəstək üçün qiymətləri iki dəfə aşağı endirib.

Beynəlxalq magistralda hər Meqabit/saniyə internet tutumunun qiyməti, ƏDV-siz olaraq hazırda 275 AZN təşkil edir.

Qeyd edək ki, internetin inkişafı istiqmətində “Delta Telecom”un layihələri davam etməkdədir. Lokal internet resurslarının inkişaf etdirilməsi məqsədi ilə “Delta Telekom”un sponsorluğu ilə fəaliyyət göstərən "Lokal Exchange"-ə bağlanma sürəti hər bir İSP üçün 10 Mbit/saniyə pulsuz təmin ediləcəkdir.

Məqsəd son istifadəçilər arasında informasiya mübadiləsinin pulsuz çatdırılmasıdır.

2009-02-03 ||Fineko/abc.az