SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Azərbaycan Nazirlər Kabineti fərdi məlumatların mühafizəsinə dair tələbləri təsdiq edib

Azərbaycanın Nazirlər Kabineti "Fərdi məlumatların mühafizəsinə dair Tələblər"in təsdiq edilməsi haqqında qərar verib. Bu barədə Kabinetin məlumatında deyilir.

Bu qərarın icrasına nəzarəti öz səlahiyyətləri daxilində Rabitə və İnformasiya Texnologiyaları, Milli Təhlükəsizlik, Daxili İşlər, Ədliyyə nazirlikləri və Xüsusi Dövlət Mühafizə Xidmətinin həyata keçirməsi tapşırılıb.

Tələblərdə fərdi məlumatların mühafizəsi, onlara qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsi və qarşısının alınması, digər şəxslərə ötürülməsi, dəyişdirilmiş və ya məhv edilmiş fərdi məlumatların dərhal bərpası imkanının olması, informasiyanın ötürülməsi üçün istifadə olunan şifrləmə sisteminin açarının uzunluğunun 256 bit-dən az olmaması, informasiya sistemlərində lisenziyalaşdırılmış proqram təminatlarından istifadə edilməsi nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: www.trend.az

2010-09-07 ||