SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

ABŞ kəşfiyyatı il ərzində 200-dən çox kiberhücum həyata keçirib

ABŞ-ın kəşfiyyat xidmətləri 2011-ci il ərzində digər ölkələrə qarşı 231 kiberhücum həyata keçirib. Bu barədə “The Washington Post” qəzeti məlumat verib. Qəzet bu məlumatları ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Sonudenin açıqladığı yeni məxfi sənədlərə istinadən yazır.
Hücumların dörddə üç hissəsi Rusiya, İran, Çin və Şimali Koreyaya qarşı yönəlib. ABŞ xüsusi xidmət orqanlarının hədəfi bu ölkələrin nüvə proqramlarında istifadə olunan kompüterlər olub. Sənədlərə əsasən, ABŞ hökuməti bu məqsədlər üçün 652 milyon dollar maliyyə vəsaiti xərcləyib.