SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Delta Telekom/AzerSatın ən önəmli partnyoru olan Eutelsat SA Azərbaycanda DirecWay şəbəkəsinin yaradılması üçün maraq göstərir.

Delta Telekom AzerSatın ən önəmli partnyoru olan Eutelsat SA Azərbaycanda DirecWay şəbəkəsinin yaradılması üçün maraq göstərir. Bu şəbəkənin istismara hazırlanması və birbaşa işə başlanması üçün Eutelsat-ın Satış üzrə Regional Direktoru cənab Ali Korur və Yerüstü Seqmentlər üzrə Əməliyyat Sisteminin rəhbəri cənab Fulvio Fresia Delta Telekom/AzərSatın dəvəti ilə Bakıya səfər etdilər. Səfər zamanı DirecWay şəbəkəsi üçün ayrılmış peyk seqmentinin və Mərkəzi Peyk Rabitə stansiyasının müasir tələblərə uyğun qaydada quraşdırılması, sınaq testlərinin aparılması və istismarı məsələləri müzakirə olundu.. DirecWay şəbəkəsinin regionda inkişafı üçün Eutelsat kompaniyası əlindən gələni edəcəyini bəyan etdi. Yaxın günlərdə şəbəkənin işi üçün önəmli olan 9.3 metrlik antennanın quraşdırılması və sınaq testlərinin aparılması üçün razılığa gəlindi.

2005-01-24 ||www.delta-telecom.net