SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

DirecWay layihəsi başa çatmışdır

Layihəninin həyata keçirilməsi ilə Respublikamızda, o cümlədən, Zaqafqaziyada İKT-nin inkişafında yeni bir şərait yaranacaqdır. Layihə Respublikamızın istənilən məntəqəsində, istənilən ucqar nöqtədə internet və digər rabitə xidmətlərindən istifadə etməyə şərait yaradır. Məntəqələrdə quraşdırılacaq 0.75m, 0.90m və 1.2 m ölçülü çanaq anten və Bakıda tərəfimizdən quraşdırılan DirecWay Mərkəzi Peyk Rabitə Stansiyası EuroBird Peyki üzərindən bu xidmətləri təmin edəcək. Orta hesabla DirecWay Mərkəzi Stansiyası 200 000 (iki yüz min) abonentə birbaşa rabitə xidmətləri göstərməyə imkan verir. Qeyd etmək yerinə düşər ki, Azərbaycan bu layihənin həyata keçirilməsi üzrə MDB dövlətləri içərisində Ukraynadan sonra ikinci yerdədir və hətta Rusiyanı belə qabaqlamışdır.

2005-01-11 ||