SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Azərbaycanda hər 39 internet istifadəçisindən biri internet-hücumun qurbanına çevrilir - AVG

Azərbaycan veb-hücumlara daha çox məruz qalan ölkələr siyahısında dördüncü yeri tutub. Bu barədə AVG şirkətinin araşdırmalarında bildirilib.

AVG şirkətinin hesablamalarına görə, Azərbaycanda hər 39 internet istifadəçisindən biri internet-hücumun qurbanına çevrilir.

Reytinq tərtib etmək üçün AVG dünyanın 144 ölkəsində 100 milyondan çox kompüter haqqında məlumatlardan istifadə edib.

Ən təhlükəsiz ölkələr siyahısında Rusiya və Türkiyədir ki, bu ölkələrdə müvafiq olaraq hər 10-cu və 15-ci istifadəçidən biri cinayətkar-hücumun qurbanına çevrilir.

ABŞ internet-hücuma məruz qalan ölkələr sırasında 9-cu (48 istifadəçidən biri), Britaniya 30-cu (63-dən biri), Avstraliya 36-cı (75-dən biri), Çin 79-cu (135-dən biri), Braziliya 98-ci (155-dən biri), Çexiya 118-ci (183-dən biri) yerləri tuturlar.
AVG-nin araşdırmalarına görə, ən təhlükəsiz ölkələr Yaponiya, Syerra Leone və Nigeriyadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: www.trend.az

2010-08-23 ||