SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti

İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti, Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil edilmiş mühüm tədbir oldu. Sammitin 2003-cü il dekabr ayının 10-12-də İsveçrənin Cenevrə şəhərində keçirilmiş birinci mərhələsində 176 ölkədən dövlət və hökumət rəhbərləri, BMT-nin 50 müxtəlif strukturundan nümayəndələr, yüzlərlə qeyri-hökumət təşkilatından, dünyanın ən böyük şirkətlərindən və tanınmış media orqanlarından 11 mindən çox nümayəndə iştirak etmişdi. Tədbirin növbəti hissəsi olaraq, noyabrin 16-18-də dünya ölkələrinin dövlət və hökumət başçıları BMT-nin rəhbərliyi ilə Tunisdə “Informasiya Cəmiyyətinin Ümumdünya Zirvə Toplantisi” keçirildi. Yüksək səviyyədə keçirilən tədbirdə Birləşmiş Millətlər Təşkilatının baş katibi Kofi Annan da iştirak etdi. Respublikamız da bu tədbirdə öz aktivliyini nümayiş etdirdi. Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi altında dövlət sektoru, beynəlxalq təşkilatlar, özəl sektor, qeyri-hökumət təşkilatları və KİV-dən olan 67 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanımızı bu tədbirdə təmsil etdi. Tədbirdə keçirilən 100-dən artıq tədbirlərdə nümayəndələrimiz öz aktivliklərilə fərqlənirdilər. Sammit müddətində bir gün “Azərbaycan günü” elan edildi. Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Tunis sammiti təşkilat komitəsinin üzvü və tədbirin sponsoru idi. Sammitdə özəl sektordan Delta Telekom və AzərSat müəssisələri də öz layihələri ilə iştirak edirdi. Müəssisələrin texniki direktoru Rahid Ələkbərli elektron hökumət (e-gov) istiqamətində müvəffəq layihələri məruzə etdi. Aparılan analizlər və müzakirələrdə respublikamızın nailiyyətlərə görə özünəməxsus yer tutmasını göstərdi. Azərbaycanda yeni texnologiyaların tətbiqi ilə həyata keçirilən layihələr hamının diqqətini cəlb etdi. Milli İnternet Backbonun, ilk dövlət İnternet Backbonun, Dövlət rabitəsinin inkişafı və TETRA şəbəkəsinin istifadəyə verilməsi, yerli İnternet Exchangin yüksək səviyyədə təşkili, Azərbaycanın istənilən yerində universal rabitənin təşkili üçün yaradılan DirecWay şəbəkəsinin istifadəyə verilməsi, regionun ən iri Telefon şəbəkəsinin başlanğıcı olan EWSD stansiyasının qurulması və sair bu kimi müvəffəq layihələr sammitdə respublikamızın telekommunikasiya sferasında yüksək səviyyədə yerini qazanacağını vurğulayırdı. Delta Telekom və AzərSat müəssisələri bu layihələrlə kifayətlənmir və respublikamızın rabitə dünyasının daha yeni texnologiyalarla zənginləşməsi üzərində işləyir.

2005-11-17 ||