SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

KÜR kompüter avadanlığı istehsalı zavodu internet-köşklərin quraşdırılmasına başlayır

"KÜR" kompüter avadanlığı istehsalı zavodu internet-köşklərin quraşdırılmasına başlayır. Bu barədə Trend-ə "KÜR"dən bildiriblər.
Yaxın günlərdə internet-köşklər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində və "Park Bulvar" ticarət-əyləncə mərkəzində quraşdırılacaq.

İstifadəçinin tələbatından asılı olaraq, internet-köşklər İnternet şəbəkəsinə çıxış üçün müvafiq portlarla (Wi-Fi, WiMAX, LAN və s.), 0,05, 0,1, 0,2 və 0,5 manat nominallı pulların qəbul edilməsi üçün qurğularla təmin ediləcək.

Bu qurğuların quraşdırılması üçün özünü iqtisadi cəhətdən doğruldan yerlər təhsil müəssisələri, biznes-mərkəzlər, vağzal və aeroportun gözləmə zalları və avtobus dayanacaqlarıdır. Terminallar əlavə gəliri onlarda reklam yerləşdirmək sayəsində gətirə bilər.

Hazırda internet-köşklər dövlət və özəl müəssisələr tərəfindən istifadə olunur. Muxtar qurğular
WiMAX texnologiyası üzrə 1 mbit/s sürətində yüksəksürətli internet şəbəkəsinə qoşulub. Qurğular istifadəçiyə terminal vasitəsilə tapılan məlumatı çap etdirməyə imkan verən printerlərlə təchiz olunub.

Bu günədək "KÜR" tərəfindən Bakının ictimai yerlərində quraşdırılması planlaşdırılan internet-köşklərin ilkin partiyası hazırlanıb.
İnternet-köşklərin işinin rahatlığı istifadəçi və internet şəbəkəsi arasında birləşdirici halqa olan internet-brauzerlə təmin edilir. Terminalda məlumatların daxil edilməsi internet-köşklərdə təhlükəsizliyi təmin etmək üçün sındırılmaya dözümlü klaviaturaların köməyi ilə həyata keçirilir.

İnternet-köşklər şəbəkəsinin quraşdırılmasına şirkətlərin investisiyaları onların yerləşməsindən asılı olaraq, 3-8 ay ərzində öz xərclərini ödəyə bilərlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: www.trend.az

2010-08-19 ||