SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Dünya fərdi kompüterlər bazarında cüzi artım qeydə alınıb

“International Data Corporation” (IDC) analitik şirkəti dünya fərdi kompüterlər bazarı üzrə tədqiqatın nəticələrini dərc edib. Birinci rübdə avadanlığın tədarükü bir il əvvəlki səviyyədə olub, halbuki ekspertlər tərəfindən 1,5 faiz səviyyəsində azalma proqnozlaşdırılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, 2018-ci ilin yanvar-martında istehsalçılar tərəfindən ümumilikdə 60,38 milyon fərdi kompüter, noutbuk və işçi stansiya buraxılıb. Ötən ilin analoji dövrünün yekunları üzrə bu göstərici 60,4 milyon ədədə bərabər olub. Bazar ardıcıl üçüncü rübdür sıfıra yaxın artım tempi nümayiş etdirir.

Mütəxəssislər qeyd edir ki, açıqlanan məlumatlar ilkin məlumatlar olsa da, onlar şirkətlər tərəfindən kompüter parklarının yenilənməsində fəallığın saxlanılmasını göstərir. Məhz bu, bazarın stabilləşməsinin əsas hərəkətverici qüvvəsidir. Təşkilatlar “Windows 10” əməliyyat sistemini tətbiq etməklə “HP Inc.”, “Dell”, “Lenovo” və korporativ sektor yönümlü digər istehsalçıların gəlirlərinin artmasına şərait yaradırlar.

Şirkət və istehlakçılar tərəfindən bahalı noutbuklara tələbat aparıcı istehsalçılara biznesin rentabelliyini artırmağa və daha çox müştəri cəlb etməyə kömək edir. Bundan başqa, fərdi kompüterlər bazarına oyun kompüterləri yardımçı olur.

2018-ci ilin birinci rübündə noutbuklar üçün əsas komplekt hissələrinin tədarükü artıb ki, bu da qiymətə və məhsulun tədarükünə təzyiqi zəiflədib. Bu, kiçik istehsalçılara bazar payını artırmağa imkan verib.

Dünya fərdi kompüterlər bazarının lideri ilk üç ayın yekunlarına görə texnika tədarükünü 4,3 faiz, bazar payını isə 21,7 faizdən 22,6 faizədək artıran “HP Inc.” şirkəti olaraq qalır.

İkinci yerdə hesabat dövrünü tədarük edilən avadanlığın ümumi sayının satış həcmini 20,4 faizlə başa vuran “Lenovo” şirkəti qərarlaşıb. Çin şirkətinin tədarükündə artım və azalma qeydə alınmayıb.

Liderlər üçlüyünü liderlər qrupunda 16,9 faizlik bazar payı və ən yüksək tədarük artımı göstəricisi (6,4 faiz) ilə “Dell” şirkəti tamamlayıb.

İri istehsalçılar siyahısında dördüncü pillədə yer alan “Acer” şirkətinin payı 6,8 faiz təşkil edib. 2017-ci ilin yanvar-martında bu göstərici 7,3 faizə bərabər olub. Tayvan şirkəti oyun aparatları və xrombukları uğurla satsa da, bu, ümumilikdə satış həcminin artırılması üçün yetərli hesab olunmur.

“Apple” şirkəti ötən rübü ümumi hesabatda beşinci yerdə başa vuraraq 6,6 faizlik bazar payına sahib çıxıb. Bununla yanaşı, “Mac” kompüterlərinin satışında təxminən 5 faiz azalma qeydə alınıb.

2018-04-13 ||ictnews.az