SORĞU

Bizim məhsullardan razısınız?


 Daima istifadə edirəm və şikayətim yoxdur
 Daha yaxşı ola bilərdi
 Qiymətlər qane etmir
 Tanış deyiləm

Nəticəyə bax!

Barmaq izi skaneri “LCD” ekrana quraşdırılıb

Yaponiyanın “Japan Display” maye-kristal panellər istehsalçısı şüşə əsasında şəffaf barmaq izi skaneri hazırlayıb. Yeni texnologiyanın “Synaptics” və “Qualcomm” şirkətlərinin texnologiyalarından əsas fərqi ondan ibarətdir ki, daktiloskopik ötürücü ekran altında deyil, bilavasitə displeydə quraşdırılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, şüşəyə yerləşdirilən barmaq izi skanerində smartfon və fotoaparatlarda istifadə olunan və “Pixel Eyes” displeylərində tətbiq edilən əsas sensor funksiyalar texnologiyası işləyir. “Pixel Eyes” sayəsində şüşə altlığa quraşdırılan sensor “LCD” ekranın səthinə barmaq toxunuşunu tanıyır. Şüşə altlıq tutumun dəyişməsi vasitəsilə barmaqla toxunulan sahəni müəyyənləşdirir”, - şirkət təmsilçiləri qeyd edib.

Bildirilir ki, “Japan Display” texnologiyasının daha bir üstünlüyü barmaq izi skanerlərinin “LCD” displeylərə quraşdırılması imkanındadır, halbuki “Synaptics” ötürücüləri yalnız “OLED” panellərlə uyğunluq təşkil edir.
Yeni ekranların kütləvi istehsalına 2019-cu ilin martında başlamaq planlaşdırılır.

2018-01-25 ||ictnews.az