|  Xidmətlər  |  VSAT Xidmətləri

VSAT Xidmətləri


Delta Telecom VSAT şəbəkəsi peyk üzərindən rabitə şəbəkələrinin yaradılması, yüksəksürətli internetə qoşulma, səsin ötürülməsi və videoəlaqə xidmətləri göstərir.

  • İP üzərindən səsin ötürülməsi. VoIP səsin ötürülməsi xidmətlərinə 404 prefiksli nömrələrin və istənilən korporativ nömrələrin verilməsi daxildi.

  • Data. Data xidmətinə daxili IP-lərin verilməsi vasitəsilə qurulmuş VSAT məntəqəsi ilə mərkəz və ya digər məntəqələr arasında əlaqənin təmin olunması aiddir.

  • İnternet xidmətinə VSAT məntəqəsində mövcud şəbəkənin internetə qoşulması aiddir. Bu xidmət daxilində müştərilərə Delta Telecoma ayrılmış real IP-lər verilir.

Hər 3 xidmət növündə məlumatlar qurulmuş VSAT məntəqələrindən peyk vasitəsi ilə mərkəzə, yəni Delta Telekoma ötürülür, burdan istənilən yerə çatdırılması təmin olunur. Müştərilər mövcud şəbəkədən istifadə edərək özləri virtual şəbəkə bağlantısı yarada bilər.