|  Həllər  |  SDH

SDH


SDH texnologiyası 2 Mb-dən başlayaraq 10 Gb-ə qədər olan tutumların ötürülməsini təmin edir.

Hal-hazırda Delta Telecom dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq edir və həmin şirkətlərin istehsalı olan SDH avadanlıqlarının təşkil etdiyi SDH şəbəkəsi Azərbaycan Respublikası və Naxçıvan MR-nın böyük bir hissəsini əhatə edir.

SDH avadanlıqları xüsusi elektrik və optik portlara malik sinxron rəqəmsal iyerarxiyalı avadanlıqlardır. Bunlar müxtəlif həcmli və xassəli trafikin ötürülməsinə imkan verir.

Bu avadanlıqlar Respublikanın həm cənub (Astara), həm şimal (Quba), həm də qərb (Qazax) bölgələrində fəaliyyət göstərir.

Delta Telecom SDH-in əsas iş prinsipi müştərilərin tələbinə əsasən istənilən həcmdə xətlərin məntəqələr arasında paylaşdırılmasını təşkil etməkdir.

Ölkəmizin hər bir GSM mobil rabitə operatorları SDH şəbəkəsini regional baza-stansiyalarını birləşdirmək üçün istifadə edirlər. Ümumiyyətlə, Azərbaycanın bütün mobil operatorları SDH şəbəkəsindən faydalanır və bu şəbəkə üzərindən öz müştəriləri ilə xidməti əlaqələrini qururlar.

Eyni zamanda, SDH şəbəkəsi beynəlxalq səviyyədə tranzit kanalı kimi istifadə olunur və beynəlxalq trafiklərin ötürülməsində mühüm rol oynayır.

Bu gün Rusiyadan, İrandan, Türkiyə və Gürcüstandan gələn trafiklər SDH şəbəkəsi üzərindən bir ölkədən digərinə ötürülür. SDH şəbəkəsi vasitəsilə 2 Mb/s-dən başlayaraq 10 Gt/s-ə qədər tutumlar ötürülür.

SDH şəbəkəsi 1/GE (qiqabit internet) portlara malikdir ki, bu portlar vasitəsilə 1 Gb informasiya həm respublika, həm də digər ölkələrə ötürülür. Belə ki, seçkilər zamanı multimediya məlumatları məhz SDH şəbəkəsi vasitəsilə ötürülür.

SDH şəbəkəsi müştərilərə geniş spektrli xidmətlər göstərməyə malikdir. Bu səbəbdən Delta Telecom qonşu dövlətlərlə biznes əlaqələri yaratmaq imkanlarını daim genişləndirməkdədir.

SDH şəbəkə xidmətlərindən istifadə edən müştərilərimiz siyahısına dövlət qurumları, özəl idarə və təşkilatlar, Azərbaycanın və qonşu ölkələrin ISP-ləri, banklar və digər korporativ müştərilər daxildir.

Delta Telecom SDH şəbəkəsinin məqsədi müştərilərə göstərilən xidmətlərin keyfiyyətini artırmaq və yarana biləcək problemlərin çevik həllinə nail olmaqdır.