|  Delta Telecom   |  İnsan resursları   |  Kadr siyasəti

Kadr siyasəti


Biz müasir texnologiyada olduğu kimi, kadrlarımıza da yatırım edirik, insan qaynağımıza dəyər veririk.

Çünki biz gücümüzü müəssisəmizdə çalışanlarımızın komanda ruhu və həmrəyliyindən alırıq.

Əməkdaşlar da öz növbəsində müəssisənin maraqlarını özlərinə doğma sayırlar. Müəssisəmiz öz növbəsində kadrlarımızın professional və karyera inkişafı üçün gözəl imkanlar yaratmışdır.

Kadr seçimində əməkdaşların professional və şəxsi keyfiyyətlərinə, intizamli, ünsiyyətcil və öz üzərində çalışan gənclərə üstünlük verilir.

Biz, müştərini öndə tutan, etibarlı, yenilikçi, məsuliyyətli və fədakarıq.

HR şöbəsinin müdiri Əsmər Vəliyeva Delta Telecom haqda belə danışır:

Delta Telecom, 2000-ci illdən fəaliyyət göstərən bir müəssisədir. Delta Telekom, 10-illik fəaliyyəti dövrünün müxtəlif mərhələlərində Azərbaycanda telekommunikasiya tarixinin mühüm inkişaf dövründə yaxından iştirak etmişdir və bu gün bütün ölkəmizə xidmət göstərən lider müəssisələrdən biridir. Delta Telekom ənənəvi iş mədəniyyətini inkişaf etdirmiş və bu mədəniyyətin müəssisəsində müvəffəqiyyətlə tətbiq etmişdir.

Məqsədimiz, bu güclü və böyük qurumu gələcəyə aparmaq, Azərbaycanı dünyada sürətlə inkişaf edən informasiya texnologiyaları sahəsində hər zaman bir addım öndə tutmaqdır.