|  Həllər  |  IP Multimedia Subsistem

IP Multimedia Subsistem


İMS (ing.- İP Multimedia Subsystem) - IP Mutlimedia Subsistem IP üzərindən səs, verilən məlumatlar və multimediya trafikinin ötürülməsini təmin edir.

Delta Telecom İMS texnologiyası üzrə göstərdiyi həllər çərçivəsində servislərin proqramlaşdırılması üçün açıq interfeyslər, sosial şəbəkə və informasiya axtarışı üçün brouzerlərdən istifadə imkanı, səs trafikinin İP şəbəkə ilə ötürülməsi, bir neçə operator şəbəkəsinin trafikinin daşınmasını təmin etmək üçün tranzit mərkəzin təşkili, proqram kommutatorları vasitəsi ilə son istifadəçi şəbəkəsi ilə işləmək imkanı yaradır və klassik telefoniya xidmətlərindən başqa çoxlu sayda yüksək keyfiyyətli əlavə xidmət növlərini təklif edir.

Azərbaycanda daxili şəbəkələrin mövcud olduğu bütün məkanlarda İMS xidməti realdır. Müasir telekommunikasiya texnologiyalarının respublikamızda tətbiqi, müştərilərin keyfiyyətli və sərfəli rabitə xidmətlərinə olan tələbatının ödənilməsində dayanmadan çalışmaq və yeni telekommunikasiya xidmətlərinin istifadəçilərinə təklif edilməsi ən vacib məqsədimizdir.

İMS ən son texnoloji yenilikləri özündə birləşdirən, rabitə sahəsində bu günə kimi mövcud olan ən müasir xidmət növlərinin istifadəçilərin istismarına təklif edən qabaqcıl texnologiyadır.

Strategiyamız çərçivəsində çağırışların marşrutlaşdırılması, gözlənilməsi, saxlanılması və yönəldilməsi, üçtərəfli audio və video konfrans, ikinci zəng, çoxxətli abonent qrupu və s. həllərini, şəhər nömrələrinin xəttlərdən hər hansı birinə təyini, giriş və ya çıxış zənglərinə qadağa, zənglərin və qoşulmaların statistikası, telefonla yığılan aktivasiya kodları və web-interfeys vasitəsilə səs portalına müraciətlər reallaşdırılır.

Hal-hazırda İMS üzərində 20 000 SİP abunəçi tutumuna malikdir və stansiyalararası rabitə 2 ədəd STM1 portları vasitəsi ilə reallaşdırılır.

İMS-in müştəriləri siyahısına dövlət qurumları, özəl idarə və təşkilatlar, korporativ müştərilər daxildir.

Səsli poçt, abonentə televiziya proqramlarının və videofilmlərin multimedia serverindən internet şəbəkəsi ilə individual çatdırılması və eyni zamanda iki və daha çox abonent arasında interaktiv qarşılıqlı əlaqənin yaradılması, audio yayım, TV, İnternet, sms, mms, chat, email xidmətlərinin həllini məhz İMS texnologiyası həyata keçirir.

İMS gələcək nəslin istifadə edə biləcəyi, bütün kommunikasiya birləşmələrini idarə edən, müxtəlif növ şəbəkələrin vahid bir kommunikasiya məkanında birləşdirən bir texnologiyadır və mövcud təlabatı nəzərə alaraq istifadəçilərimizə göstərdiyimiz xidmətin növünün və keyfiyyətinin artırılması, mühəndis və texniki personalın bilik və təcrübəsinin artırılması istiqamətində çalışmalarımız davam etməkdədir.