Bebe.az "Milli Net 2011" müsabiqəsinin qalibi oldu

23 dekabrda Ambassador mehmanxanasında “Milli Net-2011” milli internet mükafatı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Qeyd edək ki, “Milli Net” milli internet mükafatı hər il Azərbaycan İnternet Forumu tərəfindən sosial, mədəni, elmi, iqtisadi, hüquqi və digər sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan milli internet resurslarına və internet layihələrinə müsabiqə yolu ilə verilir.
Delta Telecom LTD Web şöbəsinin məhsulu olan bebe.az saytı da bu müdabiqəyə qatılmış, “Ailə, Uşaq və Sağlamlıq” nominasiyası üzrə 1-ci yer tutmuşdur.
Təbrik edirik, Bebe.az!

2011-12-26 ||www.delta-telecom.net