"Delta Telekom Ltd" MMM İSO 9001:2000 sertifikatına layiq görüldü

Bir çox dövlətlərdə şirkətlərin keyfiyyət idarə etmə üzrə aldığı İSO 9001:2000 sertifikatına "Delta Telekom Ltd" MMM də layiq görüldü.


Sertifikatlaşdırılmış auditin yekunlarına görə 804523107 nömrəli sertifikat 03.02.2009 tarixindən 15.09.2011 tarixinədək etibarlı sayılır. "Delta Telekom" müəssisəsi telecommunikasiya xidməti sahəsində menecment sisteminin keyfiyyətinin sertifikatlaşdırılmış auditini uğurla keçib. Sertifikatlaşdırılma auditi sertifikatlaşdırma üzrə beynəlxalq idarə - GLOBAL GROUP tərəfindən həyata keçirilib.


"Delta Telekom Ltd"-nin Keyfiyyəti İdarəetmə Sistemi xidmətin yüksək keyfiyyətlə müştəriyə göstərilməsinə nəzarət etməyə imkan verir. Hər yeni layihələrimiz çoxmərhələli testdən keçərək müştərilərə təqdim olunur. Keyfiyyətinə görə Delta Telekom müəssisəsi qəbul olunmuş beynəlxalq standartlara uyğun xidmətlər göstərməkdədir. Müştəriyə təqdim olunan son məhsul (xidmət), müştərilərin fərdi tələblərini nəzərə alaraq layihələrin işlənilməsi, informasiya təminatı, məsləhətlərin verilməsi, tələb olunan vaxt ərzində xidmətlərlə təmin edilməsi kimi xidmətlər məcmusudur. Bizim məqsədimiz müştəri tərəfindən gözlənilən nəticədən daha keyfiyyətli və zamanın təlabətlərına uyğun məhsul (xidmət) təqdim etməkdən ibarətdir.

2009-03-18 ||www.delta-telecom.net